"Bank of America" bankının qlobal ictimai siyasət üzrə rəhbəri Larri Di Rita ilə Davos İqtisadi Forumu çərçivəsində keçirdiyimiz görüşdə COP29 tədbiri çərçivəsində potensial əməkdaşlıq, ölkəmizin dayanıqlı inkişafa dəstək təşəbbüsləri və "yaşıl" enerji zonalarının yaradılması üzrə layihələr barədə fikirlərimizi bölüşdük.
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında yazıb.