Qızıl-zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb.
Dubaydan ölkəyə 10 qızıl külçəni qanunsuz keçirmək istədi
FED.az bu barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə istinadən xəbər verir. Məlumata görə, İdarənin əməkdaşları tərəfindən qızıl-zinət əşyalarının bəyan edilmədən Azərbaycan gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb.
Bakı-Dubay aviareysi ilə gedən Azərbaycan vətəndaşı gömrük nəzarət zonasından keçərkən onun ayaqqabısının içərisində və üzərində gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 8 ədəd qızıl lövhə və 2 ədəd boyunbağı, ümumilikdə 614 qram qızıl-zinət əşyaları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.