Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində mobil telefon və planşetlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
İstanbuldan Bakıya təyyarə ilə qızıl-zinəti və diş implantı hissələrini keçirmək istədi - SAXLANILDI
FED.az Komitəyə istinadən xəbər verir ki, Abu-Dabi-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükündən gömrük orqanlarına bəyan edilməyən müxtəlif markalı 8 ədəd planşet, 4 ədəd notbuk, 8 ədəd qulaqlıq, 4 ədəd “Apple Pencil Pro” markalı qələm, 4 ədəd “İphone 15 Pro 128 GB” markalı mobil telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.