Bu ilin birinci yarısında Azərbaycandan xaricə 135,9 milyon dollarlıq mis filizləri və konsentratları ixrac edilib.
FED.az biznes və maliyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın iyul sayında bildirilir.
Məlumata görə, mis ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 123,6 milyon dollar və ya 11 dəfə artıb.
Xatırladaq ki, 2025-ci ilin birinci yarısında mis filizləri və konsentratları ixracə ölkəyə 12,3 milyon dollar gətirmişdi.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artaraq 1,9 milyard ABŞ dolları təşkil edib.














