Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə 589 milyon 237,3 min dollar dəyərində 503 min 103 ton meyvə-tərəvəz ixrac edilib.
Sahibkar: «Xaricə satdığımız meyvənin pulu gecikəndə bizi istintaqa çağırırlar, ona görə də başqa şirkət adı ilə ixrac edirik» – PREZİDENTİN KÖMƏKÇİSİ: «TEZLİKLƏ HƏLL OLUNACAQ»
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, meyvə-tərəvəz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 12 min 493 ton (2,5%), dəyər ifadəsi ilə 82 milyon 831,3 min dollar (16,4%) artıb.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan xarici ölkələrə 506 milyon 406 min dollar dəyərində 490 min 610 ton meyvə-tərəvəz ixrac edilmişdi.
Bu ilin ilk yeddi ayında Azərbaycandan xaricə ixrac edilmiş meyvə-tərəvəzin bir kiloqramının orta qiyməti 2 manat olub. Bu, 2025-ci ilin eyni dövrünə nəzərən 25 qəpik (14,3%) bahalaşıb.
Qeyd edək ki, bu ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 29 milyard 216,3 milyon dollar olub. Xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 374,5 min dollar və ya 1,3% artıb. Ticarət dövriyyəsinin 19 milyard 335,6 milyon dolları ixracın, 9 milyard 880,7 milyon dolları idxalın payına düşüb. İllik müqayisədə ixrac 4 milyard 108,6 milyon dollar (27%) artıb, idxal isə 3 milyard 734,1 milyon dollar (27,4%) azalıb.
Yekunda bu ilin ilk yeddi ayında xarici ticarətin müsbət saldosu 9 milyard 454,9 milyon dollara çatıb ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyard 842,7 milyon dollar və ya 5,9 dəfə daha çoxdur.












