Gömrük sahəsində gömrük-biznes münasibətlərində yaranan məhkəmə proseslərinin idarə edilməsi üçün xüsusi məhkəmə təsisatlarının yaradılması vacib əhəmiyyət kəsb edir və onun üzərində biz fikir mübadiləsi apara bilərik.
"Bu ay Çin şirkətləri ilə imzalanmış investisiya layihələrinin həcmi 335 milyon ABŞ dolları təşkil edir"
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov “Sahibkarlar Günü” və 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə keçirilən “Konstitusiya və Suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda deyib.
Ş. Bağırov əlavə edib ki, “Gömrük sahəsində yaranan mübahisələrin məhkəmə orqanlarında müzakirəsi prioritetdir. Çünkü məhkəmədə verilmiş qərarlar hər bir tərəf üçün vacib qərardır və icrası təmin edilməlidir”
“Sahibkarlıq subyektinin və iqtisadi operatorların əsas tərəfdaşlarından biri Gömrük Xidmətidir, tarixin bütün dövrlərində bu tərəfdaşlıq münasibətləri mövcud olmuş və müasir dövrdə də bu sahədə əməkdaşlıq inkişaf etdirilməkdədir, bu sahədə gömrük orqanları tərəfindən mütərəqqi dəyişiklikləri özündə ehtiva edən yanaşma həyata keçirilir. Avtomatlaşdırılmış risk idarə etmə sistemi nəticəsində 2024-cü ildə sərhəddə qeydiyyat müddəti 62%, sərhədkeçmə 29%, rəsmiləşdirmə müddəti 17%, fiziki yubanmalar isə 24%-ə qədər azalmışdır” – deyə o sədr vurğulayıb.
Sədrin sözlərinə görə, toplanan gömrük rüsumları və vergiləri 2024-cü ildə dövlət büdcəsinin 17,9%-ni, ümumi daxili məhsulun isə 5,3%-ni təşkil edib. 2023-cü illə müqayisədə bu göstərici 4,9 % artım olaraq 6 milyard 648 milyon manata çatıb.