2023-cü ilin yanvar-aprel ayında Azərbaycandan 48 milyon 850 min dollar dəyərində 9 946 ton fındıq ixrac edilib.
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, fındıq ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 0.7% azalıb, miqdar ifadəsilə 15% artıb.
2022-ci ilin yanvar-aprel ayında Azərbaycandan 49 milyon 219 min dollar dəyərində 8 665 ton fındıq ixrac edilmişdi.
Bir ton fındığın orta ixrac qiyməti 2022-ci ildəki 5 min 680 dollardan 4 min 912 dollara düşüb (768 dollar azalıb).
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az