2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan 349,22 min dollar dəyərində ipək ixrac edib.
Elektrik enerjisi 1-ci, polipropilen 2-ci, fındıq 3-cü olub - “İXRAC İCMALI”
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 48.3% və ya 327.38 min dollar azdır. Ötən ilin müvafiq dövründə Azərbaycan 676.6 min dollar dəyərində ipək ixrac edib.
Qeyd edək ki, hesabat dövründə ölkəmizə ipək idxalı 10.3 min dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.2 dəfə və ya 7.89 min dollar çoxdur. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.