Cari ilin yanvar-mart aylarında Azərbaycana 108 mln. 758 min dollar dəyərində 356 min 147 ton buğda idxal edilib.
Dövlət Xidməti: Zavod çörəyinin qiyməti - 70 qəpikdən 65 qəpiyə düşüb - QİYMƏTLƏR
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 94.8% və ya 173 min 283 ton, məbləğ baxımından isə 74.3% və ya 46 mln. 397 min çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında buğdanın idxal qiyməti 2022-ci ilin eyni dövri ilə müqayisədə 10.5% azalıb. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az