Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycana, ümumilikdə 65 726 ədəd avtomobil idxal olunub.
Azərbaycan əhalisi avtomobil alışını artırır - 900 MİLYONDAN ÇOX VALYUTA XARİCƏ AXIB
FED.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 16 481 ədəd avtomobil və ya 33,5% artıb.
Ölkəyə gətirilən avtomobillərin 81 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 60 922 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 4 483 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 240 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.