Bəzi tikinti materialları 5 faiz idxal gömrük rüsumundan azad olunur.
Azərbaycana idxal olunan daha 3 növ kağız və karton gömrük rüsumundan - AZAD EDİLİR
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, tərkibində MgO, CaO və ya Cr2O3-ə hesablanmış 50 kütlə %-dən çox bir yerdə və ya ayrı-ayrılıqda götürülmüş Mg, Ca və ya Cr elementləri olan, tərkibində 93 kütlə % və ya daha çox silisium oksid (SiO2) olan, tərkibində 7 kütlə %-dən çox, lakin 45 kütlə %-dən az olan giltorpaq (Al2O3) olan tikinti materialları gələn il yanvarın 1-dən 31 dekabr 2030-cu ilədək 5 faiz gömrük rüsumundan azad olunur.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az