2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 30 333.43 milyon dollara bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 0,9% çoxdur.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Son bir ildə ölkə üzrə ixrac 7,9% azalaraq 20 776.95 milyon ABŞ dolları təşkil edib. Əksinə, idxal isə 27,5% artaraq 9 556.48 milyon ABŞ dollarına yüksəlib.
Xarici ticarət dövriyyəsinə 9 769.49 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 25,5% az olub. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.