Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 103 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,8 % azdır.
9 aylıq xarici ticarət dövriyyəsinin 26 milyard 489 milyon ABŞ dolları ixracın, 12 milyard 614 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 10,3 % azalıb, idxal isə 22,5 % artıb.
Son nəticədə xarici ticarətdə 13 milyard 875 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 27,8% azdır. (Report)