2023-cü ilin yanvar-may ayları ərzində Azərbaycan 241 milyon 967.98 min dollar dəyərində 238 min 893 ton meyvə-tərəvəz ixrac edib.
Azərbaycana pomidor ixracından 100 milyon dollara yaxın valyuta - DAXİL OLUB
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 10.4% və ya 22 mln. 725 min dollar, həcmi isə 24.2% və ya 46 min 630 ton artıb. 2022-ci ilin ilk 5 ayında Azərbaycandan 219 mln. 242 min dollar dəyərində 192 min 263 ton meyvə-tərəvəz ixrac edilib.
Xatırladaq ki, cari ilin yanvar-may aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1.42%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 18.45%-ə bərabər olub. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.