Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 51,3 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər, sirkə ixrac edib.
Siqaret və araq - NƏ QƏDƏR BAHALAŞACAQ?
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.
10 ay ərzində Azərbaycanın içki və sirkə idxalının dəyəri isə 78,5 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 12,3 % çoxdur.
Hesabat dövründə içki və sirkə üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,2 %-ni, idxal isə ümumi idxalın 0,55 %-ni təşkil edib.