Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 2 milyard 444 milyon 41 min ABŞ dolları dəyərində 2 milyon 582 min 836,37 ton yük daşınıb.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2023-cü ilin eyni dövrünə nisbətən müvafiq olaraq 37,5 % və 6,5 % çoxdur.
Hesabat dövründə dəniz nəqliyyatı ilə 88 milyon 128,14 min ABŞ dolları (47,7 % az) dəyərində 78,895 min ton (illik müqayisədə 6,4 % çox) yük ixrac olunub.
İdxal olunan yüklərin həcmi isə 2 milyon 503 min 940,84 ton (6,5 % çox), dəyəri 2 milyard 355 milyon 912 min ABŞ dolları (46,4 % çox) təşkil edib. (Report)