Bu ilin yanvar-iyun aylarında 21,4 min ton ət idxal edilib.
Azərbaycan yarımildə 334 ton çay - İXRAC EDİB
FED.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən ətin dəyəri 40,4 milyon dollar olub. Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 33,9 milyon dollar olmaqla 20,1 min ton ət idxal edilib.
Hesabat dövründə süd və qaymaq idxalında artım olub. Belə ki, altı ayda 6084 ton süd və qaymaq idxal edilib. İdxalın dəyəri 12,9 milyon dollar olub. Ötən ilin müvafiq dövründə dəyəri 8,1 milyon dollar olan 5218 ton süd idxalı həyata keçirilib.
Kərə yağı və süddən hazırlanmış digər yağların idxalında isə azalma olub. Bu müddətdə 8501 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib ki, bunun dəyəri 47 milyon dollar olub. Ötən il 61,2 milyon dollarlıq 10,7 min ton kərə yağı və süddən hazırlanmış digər yağların idxalı həyata keçirilib.
Yanvar-iyun aylarında 188,6 min ton tərəvəz və meyvə idxal edilib. İdxal olunan tərəvəz və meyvənin dəyəri 122,4 milyon dollar olub. Keçən il dəyəri 132,3 milyon dollar olmaqla 222,5 min ton tərəvəz və meyvə idxal edilib.
Hesabat dövründə 6159 ton çay idxal edilib. İdxal olunan çayın dəyəri 32,7 milyon dollar olub. Ötən ilin altı ayında dəyəri 35,3 milyon dollar olmaqla 7146 ton çay idxalı həyata keçirilib. (Azərtac)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.