Cari ilin yanvar-noyabr aylarında Azərbaycana idxal olunan avtobusların sayı 3.2 dəfə azalıb.
Bakıya daha bir elektrik mühərrikli - AVTOBUS GƏTİRİLDİ
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında ölkəyə 7 524.89 min ABŞ dolları dəyərində sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulan mühərrikli 116 nəqliyyat vasitəsi idxal edilib.
Ötən il isə 50 883.78 min ABŞ dollar dəyərində 374 belə nəqliyyat vasitəsi idxal edilib. Bununla da ötən illə müqayisədə idxal olunan belə avtomobillərin dəyəri 6.8 dəfə azalıb.