Avtomobillərin idxalı haqqında yeni məlumatlar açıqlanıb.
Almaniya Azərbaycana minik avtomobillərinin ixracını iki dəfə, elektromobil ixracını 13 dəfə - ARTIRIB
FED.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 01.01.2023 – 31.07.2023 dövründə (7 ayda) Azərbaycana 900 milyon 590 min dollar dəyərində 56 min 766 ədəd avtomobil (nəqliyat vasitələri) idxal olunub.
Müqayisə üçün qeyd edək ki, 01.01.2022 – 31.07.2022 dövründə Azərbaycana 541 milyon 651 min dollar dəyərində 41 min 362 ədəd avtomobil idxal olunmuşdu.
TAM ELEKTRİK AVTOMOBİLLƏRİN İDXALI KƏSKİN ARTIB
O cümlədən, 2023-cü ilin 7 ayında Azərbaycana 813 milyon 944 min dollar dəyərində 52 min 675 ədəd minik avtomobili, o cümlədən 61 milyon 361 min dollar dəyərində 1492 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi idxal olunub. Ötən ilin eyni dövründə 418 milyon 659 min dollar dəyərində 38 min 140 ədəd minik avtomobili, o cümlədən 186 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi idxal olunmuşdu. (Marja)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.