Bu ilin yanvar-iyul aylarında Azərbaycan 121 818,36 min ABŞ dolları dəyərində 45 829,97 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.
Azərbaycanın idxal etdiyi buğdanın qiyməti - 21% AZALIB
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən bildirilib ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16% azalıb, həcmi isə 16,4% artıb.
Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 6,78% təşkil edib.
Xatırladaq ki, ötən il Azərbaycan 217 560,83 min ABŞ dolları dəyərində 68 263,58 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 15,4%, həcmi isə 1,35% artıb. Ötən il alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 7,14% təşkil edib. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.