Martın 14-nə olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin FED.az verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun olacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperata\uru gecə 2-4° isti, gündüz 5-7° isti, Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında
Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 3-8° şaxta olacaq.