Azərbaycanda sentyabrın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağıntı tədricən kəsiləcək.
Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 16-18°, gündüz 18-21° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır.
Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-17°, gündüz 17-21° isti, dağlarda gecə 2-7°, gündüz 7-12° isti olacağı bildirilir.