2021-ci ildə Azərbaycanda dilerlər vasitəsilə satılan yeni avtomobillərin sayı məlum olub.
FED.az xəbər verir ki, avtomobil bazarından əldə edilən məlumata görə, 26 avtomobil brendi üzrə ümumilikdə 9606 avtomobil satılıb.
Hesabat dövründə, ən çox satılan (2165 ədəd) yeni avtomobil “Toyota” olub. “Lada” satış həcminə görə (1719 ədəd) ikinci olub. Siyahını 1416 ədəd satışla “Hyundai” və 1216 ədəd göstərici ilə “KİA” davam etdirib. “Mitsubishi” 505 ədəd satışla TOP 5-liyə daxil ola bilib.
Siyahıda ən az satılan avtomobillər isə qiymətinə görə ən yüksək lüks avtomobillərdir. Belə ki, ötən il Azərbaycanda 9 ədəd “Bentley”, 3 ədəd “Lamborgini”və 1 ədəd “Ferrari” satılıb. (Apa)