Rusiyanın “AvtoVAZ” şirkəti martın 16-dan “Lada” avtomobillərinin qiymətini artırıb.
Dövlətin 20 maşını 250 manatdan başlayan qiymətlə satışa çıxarılır – SİYAHI
FED.az xəbər verir ki, “AvtoVAZ” martın 16-dan “Lada” avtomobillərinin qiymətini təxminən 8 faizədək artırır.
Azərbaycan avtomobil icarəsi ən ucuz olan ölkələr - SİYAHISINDADIR
Hazırda “Lada Granta” avtomobillərinin minimal qiyməti 728 min rubl, “Vesta” 1,122 milyon rubl, “Largus univerdsal” 1,236 milyon rubl, “Xray” 1,122 milyon rubl, “Niza Legend” 819 min rubl, “Niva Travel” 1,067 milyon rubl təşkil edir. Rusiya istehsalı olan avtomobillərin qiymətləri mart ayı ərzində artıq ikinci dəfədir bahalaşır.
“AvtoVAZ” martın 5-dən elektron komponentlərin çatışmazlığı üzündən istehsalı dayandırmışdı. Martın 16-dan Tolyatti zavodunda “Lada Granta” və “Lada Niva Legend” avtomobillərinin istehsalı bərpa edilib.