"Lada" avtomobillərinin satışı mart ayında 56% azalıb.
Eləcə də bax: Avropada avtomobil satışı - AZALIB
FED.az xəbər verir ki, «Lada» brendinin sahibi «Renault Group»un məlumatına görə, ötən ay cəmi 16 000 «Lada» satılıb. Bu ötən ilin martında satılan avtomobillərin sayından 20 357 ədəd azdır. Ümumilikdə isə ilin əvvəlindən Rusiyada 61 min ədəd «Lada» avtomobili satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 335 azdır.
Yeri gəlmişkən, «Renault Group»un Ukraynadakı satışları ümumiyyətlə 88% aşağı düşüb.