Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Biznes

  1. Ana səhifə
  2. Biznes
  1. Biznes

50-dən çox marka qurucusu Ataman Özbay: “Həyat yoldaşımın ailəsi bizə heç nə vermədi, 26 yaşımda evləndim, 32 yaşımda fabrikim var idi” - MÜSAHİBƏ

50-dən çox marka qurucusu Ataman Özbay: “Həyat yoldaşımın ailəsi bizə heç nə vermədi, 26 yaşımda evləndim, 32 yaşımda fabrikim var idi” - MÜSAHİBƏ | FED.az
12:01 4 İyul 2022

Diqqət: Bu material FED.AZ-n sifarişi ilə hazırlanıb və onun digər resurslarda yayılması qadağandır.

50-dən çox markanın qurucusu Ataman Özbay: “Həyat yoldaşımın ailəsi bizə heç nə vermədi, üstəlik 8 il evinə belə qoymadı. 26 yaşımda evləndim, 32 yaşımda iki aptek, bir yağ fabrikim var idi.”

FED.az Türkiyənin məşhur iş adamı, çoxsaylı markaların yaradıcısı, hazırda məşhur biznes ekspert və təlimçi olan Ataman Özbayla müsahibəni təqdim edir.

Deyir ki, hər insanın qarşısında iki yol olur: asvalt və daşlı-kəsəkli yol. Hər kəs hansı yolla gedəcəyini özü seçir. Onun seçimi daşlı-kəsəkli yollar olur. Əldə etdiyi nailiyyətlərin daşlı-kəsəkli yollardan yığdığı daşların “qala”sı olduğunu hesab edir. “Asvalt yollarla getsəydim, bunları əldə etməyəcəkdim” deyən müsahibimiz türkiyəli iş adamı, əczaçı, nəm salfetlərin və ümumilikdə, 50-dən çox markanın qurucusu Ataman Özbaydır.

37 milyon dollarlıq Azərbaycan startapının sahibi: “Şərikim dedi, bu bizdə alınan deyil” - MÜSAHİBƏ

Qeyd edək ki, A.Özbay nəm salfet markası olan “Uni” şirkətini 2012-ci ildə 56 milyon türk lirəsinə satmışdı.

- 26 yaşınıza qədər kasıb həyat yaşamısınız. Ailə qurduqdan bir müddət sonra artıq öz işinizi qurmağa başlamısınız və qısa müddətdə zənginlər sırasına qoşulmusunuz.

Azərbaycanda «yük avtomobillərinin Uberi» yaradıldı: «Yük sahibi 1 dəqiqəyə maşın tapır, özü də pulsuz» - MÜSAHİBƏ

- Universitetdə müəllimimi sevirdim, amma heç nəyim yox idi. Ona sevgimi etiraf edəndə, dedim ki, evlənək, amma bir qəpik pulum yoxdur. Dedim ki, “Hürriyət”də işim hazırdır. Dedi ki, mən aşiret qızıyam, bilirsən? Aşiret bir kəndin sahibi olmaqdır. Türkiyənin ən zəngin yerində yaşayırdılar. Dedi ki, məni millət vəkili ilə evləndirəcəklər, amma onu deyil, səni sevirəm. Bir qəpik pulum yoxdur, onların evi bir villa. Ailəsi razı olmasa da, evləndik. 3 taxta kreslomuz var idi, başqa heç nə. İlk olaraq insanlarda belə təəssürat yaranır ki, həyat yoldaşımın ailəsi imkanlı olub, dəstək göstərib. Amma həyat yoldaşımın ailəsi bizə heç nə vermədi, üstəlik 8 il evinə belə qoymadı. 26 yaşımda evləndim, 32 yaşımda iki aptek, bir yağ fabrikim var idi. 20 il sonra bütün qəzetlərə manşet oldum, dünyada mətbuat məndən yazdı.

$10 milyonluq şirkət sahibi: «45 min dollar borcla iş qurub, 3 dəfə müflis olmuşam, amma insanları sevirəm» - MÜSAHİBƏ

- Bəs evləndikdən sonra qısa müddətdə vəziyyətin bu cür dəyişməsinin səbəbi nə idi?

- Həyat yoldaşıma aşiq idim və ona layiq olmaq üçün çalışdım. Çünki çox zəngin həyatdan kasıb bir mühitə düşdü. Həyat yoldaşıma layiq olmaq üçün çalışmağı qarşıya məqsəd qoydum. Öz-özümə “Onun ailəsindən varlı olacam” dedim, oldum da. Həyat yoldaşımla bir yerdə aptek açdıq, “fərqli iş yoxlayaq” dedim, qəzet çıxardıq, yağ fabriki açdıq. 6 ildə Trakyanın ən zəngin adamı oldum.

Keçmiş əməkdaşımızı bizdən soruşurlar, nə deyək? - Peşəkardır? Məsuliyyətlidir? Tənbəldir? - MÜSAHİBƏ

- Apteklə başlamağınız necə oldu? Əczaçılıq təhsili alsanız da, adətən, daha kiçik bizneslərlə başlayıb sonrakı dövrlərdə bu tipli bizneslərə keçirlər.

- Uşaq vaxtı bir qəzadan sonra kəkələdim, danışa bilmirdim. 10 yaşımda kəkələməyim keçsin deyə məni qəzet satıcılığı işinə yönəltdilər. Orta məktəbin sonuna qədər qəzet satdım. Axşam 10-a qədər qəzet satırdım, gecə evə iki çörək götürürdüm. O qəzet redaksiyasında çalışmaq mənim həyatımda çox böyük rola malik olmuşdu. Çünki redaksiyaya böyük adamlar gəlirdi. Millət vəkilləri, təhsilli, dünya görmüş və s. adamlar. O mühitin içində ilk qərarım o oldu ki, mənim təhsilli biri olmağım şərtdir. Bir gün redaksiyaya xaricdə təhsil almış bir həkim gəlmişdi. Dedi ki, aptek açdım, əczaçılıqda çox pul var. Mən o vaxt uşaq idim, amma beynimdə qoydum ki, aptek açacam. Ona görə ilk biznes addımım da aptek işi oldu. Uşaqlıqdan ağlımda qurduğum iş o idi.

«Qadın həyat yoldaşının pulu ilə biznes qurursa - UĞURLU OLMA FAİZİ AŞAĞIDIR» - MÜSAHİBƏ

- Bəs işlər necə böyüdü?

- Mən problem görəndə onu necə həll etmək haqqında düşünməyə başladım. Məsələn, nəm salfetləri necə kəşf etdim? Nəm salfetlərin ideyasını uşağa gecə baxanda kəşf etdim. Həyat yoldaşımla növbələşdik, bir gün gecə uşağa o baxırdı, bir gecə mən. Deməli, öz növbəmdə uşağın altını təmizləmək istədim. Kağızla təmizləyə çalışdım, olmadı. Sonra kağızı islatmağı sınadım, kağız pis vəziyyətə düşdü. Ondan sonra hardasa bir ananın uşağın altını dəyişdirəcəyini deyəndə gülərdim. Çünki uşağın altını təmizləyəndə nə çəkdiyini bilirdim. Amma eyni zamanda həll yolu haqqında düşünürdüm. Bir dəfə televiziya izləyərkən suyu özünə çəkən kağız haqqında eşitdim və düşündüm ki, nəm salfeti yarada bilərəm, yaratdım da.

Bir dəfə xanımımın makyajını təmizləmək üçün hamam otağında nə qədər vaxt keçirdiyi diqqətimi çəkdi. Gördüm ki, xanımlar buna çox vaxt sərf edirlər. İdeya yarandı, dedim ki, salfetini hazırlayaq, 2 dəqiqəyə silsin.

Dünyada ilk dəfə şəffaf sabun yaratdım. 20 il öncə dezinfeksiya vasitəsi yaratdım. O vaxt pandemiya yox idi. Yaxud dırnaq lakını təmizləmək üçün qoxulu asetonu yaratdım.

Bakıda «Köynək krallığı»: «Əsas alıcılarımız iş adamları və ofis işçiləridir» - MÜSAHİBƏ

- Sizin adınız gələndə ən çox nəm salfetlərin yaradıcısı olduğunuz qeyd edilir. Bəs sizə ən doğma olan marka hansıdır?

- Elə indi ondan danışmaq istəyirdim. Yataq xəstələrinin saçını təmizləmək üçün olan “Bone” mənim üçün daha doğmadır. Bunun da tarixçəsi var. Bunun da tarixçəsi var. Çox titiz – vasvası bir dostumuz var idi. Manyak dərəcədə vasvası idi. Bununla bağlı həmişə onunla zarafat edirdim. Bir dəfə əməliyyat oldu. Həyat yoldaşımla bir yerdə xəstəxanada onu ziyarətə getdik. Dedi ki, saçlarımı yuya bilmirəm, saçımdan pis qoxu gəlir. Bizi onu öpməyə qoymadı. 15 gün sonra getdiyimdə hönkür-hönkür ağlayırdı. Dedi ki, Allah bəlanı versin, saçlarımı yuya bilmirəm. Sən o qədər markalar yaradırsan, bunun üçün də nə isə düşünməmisən. Mən ondan sonra yataq xəstələrinin saçının təmizlənməsi üçün nəm və şampunlu bone yaratdım. Yataq xəstələri mənə dua edir. Ona görə ən çox sevdiyim marka odur.

"İstəsəm də, sizin mesajları oxuya bilmərəm" - “WhatsApp”da baş proqramçı işləyən azərbaycanlı - MÜSAHİBƏ

- Bu markaları bir biznes “hırsı”nın nəticəsi hesab etmək olar?

- Məndəki biznes hırsı yox, biznes eşqi idi. Nə isə marka yaratmaq məndə bir sevgi idi. Mən nəyisə etmişəmsə, iş kimi baxmamışam, sevgi ilə yanaşmışam. İndi sizə müsahibə verirəm, bunu belə sevgi ilə edirəm, mənfəətimi düşünmürəm. Allah mənə çox verdi. Bir də nə etmişəmsə, tam etmişəm, yarımçıq buraxmamışam. Mən çox həyəcanlı adamam. Hər gördüyüm işdə həyəcanlanıram. Özümü işin içinə atıram. Yaşım 80-ə çatır, amma həyatı sevirəm. Hər nə edirəmsə, onu maraqla etməyə, irəli aparacaq şəkildə etməyə çalışıram. Sabah bu otelə işçi kimi gəlim, 2 il sonra bu otelin müdiri olacam.

Afrikada həlak olan azərbaycanl iş adamının ticarətdən - QIZIL MƏDƏNÇİLİYİNƏ UZANAN - BİZNESİ – MÜSAHİBƏ

- İnsanın xarakteri iş dünyasında irəli getməkdə nə qədər önəmlidir?

- Vacibdir. Öz zəkanı, öz düşüncəni istifadə etmək önəmlidir. Öz duyğuları, öz başı olmayan başqalarının duyğuları, başı ilə hərəkət edəcək. 18-20 yaşımdan artıq hər şeylə bağlı özüm qərar verdim. Kiməsə nə isə söz verirəmsə, gedirəm. Kimsə desin ki, axşam matç, film var, gedək. Məni məcbur apara bilməz. İstəyirəmsə, gedirəm. İstəmirəmsə, məcbur getmirəm.

«$10-50 min yatırıb 100-1000 qat qazanmaq istəyən, amma alınmasa itirməyə də hazır olanlar bizə qoşulsun» - MÜSAHİBƏ

- Kasıb həyatdan zəngin həyata keçiddən sonra insanlar bəzən dəyişirlər. Bu dəyişiklik bəzən telefon nömrəsini dəyişməklə başlayır.

- Mən çox kasıb həyat yaşamışam. Bəzən yeməyin içində ət qiyməsi o qədər az olurdu ki, tapdığım ətin dadını almaq üçün dişimlə əridirdim. Atam yox idi, anamla birlikdə qardaşımın evində qalırdıq. Qardaşım evdə olmayanda yoldaşı bizə yeməyin artığını verirdi. İndi mənim evimdə bir neçə nəfər işçi var, ev işləri üçün. Mən onlarla eyni süfrədə yemək yeyirəm (Qonağım olduğu günlər xaric). Pulu artdıqca insanın özünü yüksək tutmağa başlaması ən böyük xətasıdır. Vəzifə artan kimi telefon nömrəsini dəyişmək də doğru deyil. Evimdə işləyənlərə pis davransam, mənə çay verəndə içinə tüpürüb gətirər, nəinki sevgi ilə. İnsanlar hirsini o cür çıxarır. Çox sadə peşə adamları ilə prezident, dünyanın ən zəngin adamı kimi fikir mübadiləsi aparıram.

Bir nə qədər yüksəlsən də, həyatda sənə faydası olan adamları unutsan, Allah sənə verməz. Zəka hər insanda var, vəfa hər insanda yoxdur.

- Məsələn, edilən nəyi unutmadınız?

- Mən uşaqlıqdan əczaçılıq sahəsində biznes qurmaq istəyirdim, ətrafdakı hər kəs bilirdi ki, mən əczaçılıq üzrə təhsil almaq istəyirəm. Amma bunun üçün daha çox pul lazım idi deyə, başqa sahəyə yönəlmək qərarı verdim. Alimə adlı müəllimim soruşdu ki, niyə əczaçılıq oxumursan? Dedim ki pulum yoxdur. Dedi ki, mən səni oxudaram. Həqiqətən də məni o xanım oxutdu. O qadının sayəsində çox zəngin oldum. Unutmadım. Varlanınca, ona 8 kitabxana qurdum.

- Kitabınızdakı rəylərdən birində yazılıb ki, bütün səfərlərdə onu həyat yoldaşı ilə görürdük...

- Banqkoka səfər var idi, təyyarə kişilərlə dolu idi. Xanımı ilə o səfərə gedən yeganə iş adamı mən idim. Bunu niyə edirdim? Bir-birimizə aşiq idik. Təyyarədəki adamların haqqımda nə düşündüyü mənim üçün önəmli deyildi. Önəmli olan həyat yoldaşım idi. Xəstə olduğumda başımı ucunda həyat yoldaşım dayanırdı. 44 illik evliliyimdə həyat yoldaşımı evdə qoyub dostlarımla yeməyə getmədim.

- İşçilərlə münasibətinizdən danışaq. Necə bir münasibət qurmuşdunuz?

- Mənim fabrikimdə məhsuldarlıq 95 faiz idi. Mən işdə olmayanda işlərin daha yaxşı getdiyinə inanırdım. Çünki işçilərim məni sevirdilər. O sevgini birinci mən onlara vermişdim. Müdir insanları, işçilərini sevməlidir. Mən sənin müdirinəmsə, sən mənim üçün sevərək işləyəcəksən, mən də sənə sevərək yanaşacam. Bəzən müdir maaş verəndə əli titrəyir. İşçiyə maaşı əlin əsmədən vermək çox önəmlidir. İşçim xəstədirsə, 100 min lirə lazım olsa, verirəm. Mənim uşaqlarım təhsil alırsa, onunkular da oxumalıdır. Əgər ağıllıdırsa, hər cür fədakarlığı edərəm.

6 yaşım olardı, velosiped istəyirdim, amma o imkanımız yox idi. Bu mənim qüruruma toxunmuşdu. 500 işçimin uşaqları 7 yaşına gəldiyində hamısına velosiped hədiyyə etdim. O uşaqlar evlərində xoşbəxt olduqlarında mən də xoşbəxt olurdum. Düşünürdüm ki, şirkətimin işçilərinin övladları arasında mənim uşaqlığımdakı kimi velosipedi olmadığı üçün özünü pis hiss edən uşaq yoxdur.

- Markalar yaratmısınız, böyük biznes idarə etmisiniz. İstədiyiniz həyatı yaşaya bilmisiniz?

- Biznes adamı olaraq istədiyim həyatı yaşadım. Həyat yoldaşımla bir yerdə dünyanı gəzdim. Uşaq ikən də ürəyim eyni idi, indi də. Hər zaman ürəyimin qeydinə qaldım. Düzdür, iş həyatında zamanım gərgin keçirdi. Çünki iş çox idi, gərginliksiz mümkün deyildi. Önəmli olan o gərginliyi ruhuna hiss etdirməməkdir. O gərginliyin üzərində durursansa, daha da böyüdürsən. Olursa, olur, olmazsa, olmaz. Gərginliyi ata bilməyənlər var. Bilirsiniz niyə? Çünki sevgiləri yoxdur, ancaq pul düşünürlər. “Pul-pul” desəm, nə dəyişir? O qədər pulum oldu, nə dəyişdi?

- Bütün biznesinizi niyə satdınız?

- O pulları qazanarkən həyat yoldaşımı xoşbəxt etməyi düşünürdüm. Qartal kimi uçurdum. Həyat yoldaşım öləndə qartalın bir qanadı getdi. Hər zaman “bir yerdə edərik” deyirdi. Həyat yoldaşım öləndən sonra dedim ki, nə üçün çalışım? Ona görə şirkətimi “Eczaçıbaşı” şirkətinə satdım. Fransızlar 10 milyon dollar artıq təklif etdi, onlara satmadım. Türk markası qalmasını istədim. Pulu övladlarım arasında böldüm, dedim ki, bu pullar sizin, nəvələrinizə yetər. İndi pula ehtiyacım yoxdur. Ətrafımda sevən, diqqət göstərən insanlar çoxdur. İndi konfranslar verirəm, təcrübəmi bölüşməyə çalışıram, faydalı olmaq istəyirəm.

- Təcrübənizə əsasən, gənclərə nələri məsləhət görürsünüz?

- İnancınız, hədəfiniz varsa, xəyallarınızdan əsla vaz keçmirsinizsə, hər şey mümkündür. Bir vaxtlar kəkələyən uşaq idim, indi isə Türkiyənin ən yaxşı spikerləri içərisində adım birinci yerdədir. Olduğunuz yerdə qalmaqla heç nə edə bilməzsiniz. Öz dost-tanış çevrənizdən çıxmağınız önəmlidir. Siz öz çevrənizdən ən yaxşı ola bilərsiniz, amma kənara çıxsanız, daha böyükləri, daha yaxşıları görəcəksiniz. Ölkədən kənara çıxmaq lazımdır. Ölkəndəkiləri öyrənməklə, görməklə kifayətlənmək olmaz.

Xüsusi olaraq FED.az üçün Aygün Asimqızı

Banner
Banner
  • Ataman Özbay
Paylaş

Digər xəbərlər

KOBİA bu ilin ilk yarısında 8 minə yaxın sahibkara - DƏSTƏK GÖSTƏRİB
Biznes 15 Avq 2022
KOBİA bu ilin ilk yarısında 8 minə yaxın sahibkara - DƏSTƏK GÖSTƏRİB
“Tesla”nın istehsal etdiyi avtomobillərin - SAYI AÇIQLANIB
Biznes 15 Avq 2022
“Tesla”nın istehsal etdiyi avtomobillərin - SAYI AÇIQLANIB
Azərbaycan Dövlət Reklam Agentliyinin mənfəəti - 31% AZALIB
Biznes 12 Avq 2022
Azərbaycan Dövlət Reklam Agentliyinin mənfəəti - 31% AZALIB
Sahibkarlığın İnkişafı Fondu süfrə sularının istehsalına kredit - AYIRIB
Biznes 12 Avq 2022
Sahibkarlığın İnkişafı Fondu süfrə sularının istehsalına kredit - AYIRIB
Almaniyanın “Tchibo” qəhvə istehsalı şirkəti Rusiya bazarını - TƏRK EDİR
Biznes 12 Avq 2022
Almaniyanın “Tchibo” qəhvə istehsalı şirkəti Rusiya bazarını - TƏRK EDİR
Xızıda KOB dostu fəaliyyətə - BAŞLAYIB
Biznes 11 Avq 2022
Xızıda KOB dostu fəaliyyətə - BAŞLAYIB
“Coca-Cola HBC” Rusiyada €190 mln. - İTİRİB
Biznes 11 Avq 2022
“Coca-Cola HBC” Rusiyada €190 mln. - İTİRİB
Rəf qiyməti kassa qiyməti ilə üst-üstə düşməyəndə nə olur?  - “VEYSƏLOĞLU”DAN AÇIQLAMA
Biznes 11 Avq 2022
Rəf qiyməti kassa qiyməti ilə üst-üstə düşməyəndə nə olur?  - “VEYSƏLOĞLU”DAN AÇIQLAMA
“Domino`s Pizza” İtaliyada fəaliyyətini - DAYANDIRIB
Biznes 10 Avq 2022
“Domino`s Pizza” İtaliyada fəaliyyətini - DAYANDIRIB
NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə beynəlxalq mükafatlara - LAYİQ GÖRÜLÜB
Biznes 10 Avq 2022
NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə beynəlxalq mükafatlara - LAYİQ GÖRÜLÜB
Azərbaycanda da Coca-Cola məhsullarını satan şirkətin mənfəəti - ARTIB
Biznes 10 Avq 2022
Azərbaycanda da Coca-Cola məhsullarını satan şirkətin mənfəəti - ARTIB
Azərbaycanda satışa çıxarılan - KİÇİK VƏ ORTA BİZNESLƏR – SİYAHI, QİYMƏTLƏR
Biznes 10 Avq 2022
Azərbaycanda satışa çıxarılan - KİÇİK VƏ ORTA BİZNESLƏR – SİYAHI, QİYMƏTLƏR
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə bağlı - PROQNOZLAR PİSLƏŞİR
    17:02 15 Avq 2022
  • Dəniz nəqliyyatı ilə sərnişin daşınması - 48% ARTIB
    16:47 15 Avq 2022
  • AccessBank tender - ELAN EDİR - ŞƏRTLƏR
    16:42 15 Avq 2022
  • Bakıda XV Verona Avrasiya İqtisadi Forumu - KEÇİRİLƏCƏK
    16:13 15 Avq 2022
  • "Bakmil” stansiyası istiqamətində qatarların hərəkət cədvəlinə - DÜZƏLİŞLƏR EDİLİB
    15:54 15 Avq 2022
  • ETSN isti hava ilə əlaqədar - XƏBƏRDARLIQ EDİB
    15:36 15 Avq 2022
  • ADNSU-nun 102,7 milyon, ADMİU-nun 17 milyon manat nizamnamə fondu olacaq
    15:07 15 Avq 2022
  • Pensiyaların ödəniləcəyi tarix - AÇIQLANDI
    14:48 15 Avq 2022
  • Sabiq FHN rəisinə Gömrükdə yüksək - VƏZİFƏ VERİLDİ
    14:28 15 Avq 2022
  • KOBİA bu ilin ilk yarısında 8 minə yaxın sahibkara - DƏSTƏK GÖSTƏRİB
    14:19 15 Avq 2022
  • Metro istifadəçilərinin sayı - 6 DƏFƏYƏDƏK ARTIB
    14:09 15 Avq 2022
  • “Tesla”nın istehsal etdiyi avtomobillərin - SAYI AÇIQLANIB
    14:04 15 Avq 2022
  • Bakıda dünyanın ən hündür bayraq dirəyinin quraşdırılmasına - BAŞLANILIB
    13:46 15 Avq 2022
  • «Manatın üzərində 7 nəfərin şəkli olmalı idi» - BİZNES TARİXİ
    13:38 15 Avq 2022
  • Şəmkirdə məmurun həbsinin - TƏFƏRRÜATI
    13:35 15 Avq 2022
  • Məktəbli formalarının qiyməti açıqlandı - Bu tarixdən satışa çıxarılır
    12:50 15 Avq 2022
  • Sabah temperatur 42 dərəcəyədək - YÜKSƏLƏCƏK
    12:41 15 Avq 2022
  • Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı iyulda - 12 % ARTIB
    12:20 15 Avq 2022
  • İsti hava şəraiti avqustun 20-dək - DAVAM EDƏCƏK
    12:17 15 Avq 2022
  • Prezident İlham Əliyev Qırğızıstan Nazirlər Kabinetinin sədr müavinini qəbul edib - YENİLƏNİB
    12:08 15 Avq 2022
  • “AzərEnerji” dənizdə böyük estakada - TİKİR
    12:04 15 Avq 2022
  • Azərbaycan manatının dövriyyəyə buraxılmasından - 30 İL KEÇİR
    11:51 15 Avq 2022
  • Qobustanda noxud biçini - BAŞA ÇATIB
    11:46 15 Avq 2022
  • Dövlət Vergi Xidmətinin strukturunda - DƏYİŞİKLİK BAŞ VERİB
    11:41 15 Avq 2022
  • Azərbaycanda dövlət xəttilə verilmiş ipoteka kreditlərinin sayı 40 minə yaxınlaşıb
    11:13 15 Avq 2022
  • “InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
    10:43 15 Avq 2022
  • Kapital Bank “Breyn Rinq”in qalib komandasını - MÜKAFATLANDIRDI
    10:37 15 Avq 2022
  • Prezident İlham Əliyev Qırğızıstan Nazirlər Kabinetinin sədr müavinini qəbul edib
    10:30 15 Avq 2022
  • AZAL-ın Bakı-Moskva reysinin uçuşu texniki səbəbdən - GECİKİR
    10:23 15 Avq 2022
  • Meşə materiallarının satışı üzrə açıq - HƏRRAC KEÇİRİLƏCƏK
    09:51 15 Avq 2022
  • Azərbaycanda I yarımildə dövlət investisiya qoyuluşu - 37 % İCRA EDİLİB
    09:41 15 Avq 2022
  • Neft daha da ucuzlaşıb - SON QİYMƏT
    09:30 15 Avq 2022
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    09:22 15 Avq 2022
  • BNA: "71 avtobusun hərəkət intervalında gecikmələr var"
    09:12 15 Avq 2022
  • Dünya əhalisinin sayı 8 milyardı ötüb
    09:02 15 Avq 2022
  • Mühafizə xidmətinin satınalınması üzrə - TENDER ELAN EDİLİR
    08:58 15 Avq 2022
  • Abadlaşdırma xidməti üzrə tender - ELAN EDİLDİ - SİYAHI
    08:40 15 Avq 2022
  • Müdafiə Nazirliyi avadanlıqlar alır - BÖYÜK TENDER ELANI - SİYAHI
    08:24 15 Avq 2022
  • Təhsil Nazirliyi təmir işləri üzrə böyük tender - ELAN EDİR - SİYAHI
    08:13 15 Avq 2022
  • "Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
    22:38 14 Avq 2022
  • "PASHA Holding" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    22:37 14 Avq 2022
  • "Bank Respublika" ASC çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    22:35 14 Avq 2022
  • Bu şirkətlər işçi yığır: əmək haqqı 300-400-500-600-1000 manat - 16 VAKANSİYA
    22:33 14 Avq 2022
  • Bakıda restoran ofisiant axtarır - AYLIQ QAZANC 1000-1500 MANAT - VAKANSİYA
    21:13 14 Avq 2022
  • "Invest AZ" QSC işçi axtarır - YÜKSƏK GƏLİR - VAKANSİYA
    20:41 14 Avq 2022
  • Laçını tərk edən ermənilər - EVLƏRİNİ YANDIRIRLAR - VİDEO - FOTOLAR
    19:35 14 Avq 2022
  • Bu şirkətlər işçi yığır: əmək haqqı 400-600-800-1000-1200-1500 manat - 22 VAKANSİYA
    22:23 13 Avq 2022
  • "eTopaz" işçilər axtarır - VAKANSİYALAR
    22:11 13 Avq 2022
  • "Kapital Bank" işçi axtarır - VAKANSİYA
    22:09 13 Avq 2022
  • "Engin Ltd" işçi axtarır - VAKANSİYA
    22:08 13 Avq 2022
  • "Azərbaycan Dəmir Yolları" QSC işçi axtarır - VAKANSİYA
    22:05 13 Avq 2022
  • "Invest AZ" QSC işçi axtarır - YÜKSƏK GƏLİR - VAKANSİYA
    22:00 13 Avq 2022
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 5 NƏFƏR ÖLDÜ
    20:53 13 Avq 2022
  • Ermənilər mövqelərimizi - ATƏŞƏ TUTDU
    13:54 13 Avq 2022
  • Təsərrüfat sahiblərini aldadıb heyvanlarını ələ keçirən şəxs həbs olunub - FOTO
    13:23 13 Avq 2022
  • Azərbaycanda keyfiyyətsiz qənd istehsal edən - ŞİRKƏTLƏRİN ADI AÇIQLANIB - SİYAHI
    13:15 13 Avq 2022
  • Azərbaycanda sığorta depozitləri 36 faizdən çox - ARTIB
    12:52 13 Avq 2022
  • Azərbaycandan bu il 20 min turist İzmirə - SƏFƏR EDİB
    12:38 13 Avq 2022
  • Büdcə gəlirləri 3 ay artıqlaması ilə, 3 ay üzrə isə proqnozdan az icra edilib - HESABAT
    12:21 13 Avq 2022
  • 41 dərəcə isti - BAZAR GÜNÜNÜN HAVA PROQNOZU
    12:18 13 Avq 2022
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • C.Məmmədquluzadə küçəsi 102A (City Point Biznes Mərkəzi)

© 2016 - 2022 FED.az | Bütün hüquqlar qorunur.