Xəbər verdiyimiz kimi, mayın 6-da Afrikada, Malidə baş verən avtomobil qəzasında azərbaycanlı iş adamı, Malidəki «Arifoglu Gold» MMC-nin rəhbəri Məmmədpaşa Axundov vəfat edib. Onun cənazəsinin qısa müddətdə ölkəyə gətirilməsi mümkün olmadığından iş adamı Malidə dəfn edilib.
«Greencard Azerbaijan»: «Azərbaycanda 17 yaşdan 64 yaşa qədər – 100 nəfərdən biri seçilir - MÜSAHİBƏ
Mərhum iş adamı ilə bağlı FED.az-ın suallarını Məmmədpaşa Axundovun yaxın dostu, hüquq müdafiəçisi Avtandil Məmmədov cavablandırıb.
- Dostum Məmmədpaşa Axundov Quba şəhərində anadan olub. Atası sovetlər birliyi dönəmində Qubada tanınmış fotoqraf idi. Məmmədpaşa ilə əmim yaxın dost olublar. Tanışlığımız təxminən 1998-ci illərə təsadüf edir. Çox səmimi, sadə və xeyirxah insan kimi xatırlayıram. Həmçinin islam dəyərlərinə sadiq olan şəxsiyyət idi. Məndən yaşca çox böyük olsa da, özündən kiçik və böyük insanlarla səmimi ünsiyyətilə seçilirdi. Məmmədpaşa bir müddət Azərbaycanda ticarətlə məşğul olub. Onun iş planları çox geniş və əhatəli idi. Lakin istədiyinə uzun müdldətdən sonra nail ola bildi.
Bakıdakı yeganə «Halal otel» necə işləyir? – MÜSAHİBƏ
- Bəs necə oldu ki, M.Axundov xaricə getmək qərarına gəldi?
- Məmmədpaşa işini və karyerasını Azərbaycanda qurmağa çalışırdı, amma bir çox maneələrlə üzləşirdi. Buna görə də xarici ölkələrdə çalışmağa üstünlük verdi. 2004-ci ildə ailəsi ilə Almaniyaya köçdü və 5 ildən çox Almaniyada yaşadı. 2010-ci ildə yenidən Azərbaycana geri qayıtdı. Çünki karyerasını, işini Azərbaycanda qurmaq istəyirdi. Amma biznes qurmaq üçün bütün vasitələrdən istifadə etməsinə baxmayaraq, alınmadı.
«Qadın həyat yoldaşının pulu ilə biznes qurursa - UĞURLU OLMA FAİZİ AŞAĞIDIR» - MÜSAHİBƏ
- Almaniyada yaşadığı müddətdə hansısa bizneslə məşğul idi?
- Əlbəttə, Məmmədpaşa Axundov 2004-cü ildən 2010-cu ilə kimi Almaniyada yaşayıb, orada avtomobil və elektron texnikalarının satışı ilə məşğul olurdu. Hətta Almaniyada yaşadığı dövrdə Azərbaycana elektron texnika da ixdal etmək istəmişdi. Amma azad ticarət üsullarından heç cür yaralana bilmədi.
- Nə üçün yararlana bilmədi, idxalda nə problem vardı?
- Çünki, ölkəmizdə əksər sahələr monopoliya və rüşvətin təsiri altındadır. Əslində bütün cəhdlər mümkün ola bilərdi, amma buna görə rüşvət və yaxud yüksək vəzifədə adamın olmalı idi. Məmmədpaşa da heç vaxt rüşvətlə razılaşan şəxs olmadığına görə biznesini gərçəkləşdirə bilməzdi.
- Bəs Azərbaycana qayıdandan sonra niyə biznesi alınmadı? O hansı biznesi qurmaq istəyirdi?
- 2014-ci ildə Rusiya-Azərbaycan arasında ikitərəfli biznes qurmaq və inkişaf etdirmək istəyirdi. Azərbaycandan Rusiyaya kişi geyim paltarı çatdırmaq üçün çalışırdı. Lakin onun mallarını Azərbaycan-Rusiya sərhədində bizim tərəf saxladı və geri qaytardı. Bu haqda Azadlıq radiosuna müsahibə də vermişdi. (https://www.azadliq.org/a/25263658.html).
Həmin ərəfələrdə bir neçə dəfə görüşüb həmsöhbət ola bildik. Müxtəlif ideyalar barədə müzakirələr aparırdıq, hətta mənə yoldaşlıq etməyi, ortaqlıq da təklif etdi. Gözəl ideyalar idi, amma mənim işimlə əlaqədar vaxt məhdudiyyəti olduğuna görə ortaq iş görmək imkanım olmadı.
- Bəs necə oldu ki, iş adamı Afrikaya üz tutdu? Azərbaycanda Afrikada biznes quranlar çox deyil.
- 2015-ci ildə onunla sonuncu dəfə görüşdük. O vaxt mənə dedi ki, Azərbaycanda iş qurmaq çox çətindir, burada iş qura bilmədiyinə görə çox təəsüflənirdi. Yəni, müstəqil ideya sahibi olaraq inkişaf etməyin mümkün olmadığını düşünürdü.
Məmmədpaşa özəl xüsusyyətə malik insan idi. Yəni, başqaları ilə o qədər də geniş əlaqələr yaratmaq arzusunda deyildi. Məsələn, Azərbaycanda tanınmış biznesmenlərdən biri Məmmədpaşanın yaxın qohumudur, amma Məmmədpaşanın hətta onunla yaxın münasibətləri olmayıb.
Buna görə xarici ölkələrə getmək üçün müxtəlif araşdırmalar apardı. Ona görə də, dünyanın qurumuş bir əyalətində, yəni Afrika ölkələrində iş qura biləcəyini düşündü.
2017-ci ildə Məmmədpaşa Azərbaycandan Senqala gedərək orada iş qurmağa çalışdı. Amma cəhdləri baş tutmadığına görə təkrar Azərbaycana geri qayıdıb, sonra yenidən Mavritaniya səfər edib.
- Afrikada işləri necə gedirdi? Deyilənə görə, orada qızıl mədəni biznesi ilə hər kəs məşğul ola bilmir, doğrudurmu?
- Məmmədpaşa 2020-ci ildə Mavritaniyada Türkiyə vətəndaşı ilə ortaq olaraq «Arifoglu Gold» qızıl istehlası şirkəti yaradıb. Amma Mavritaniyada nəzərdə tutulan biznes planı üzrə istədiyi nəticə vermədiyinə görə Mavritaniyada yaradılan şirkəti Mali Respublikasını köçürür. Orada qısa müddətə uğurlu nəticə əldə edir. Qısa vaxtda Mavriyaniya və Malidə qızıl külçələr istehsal etməyə başlayır.
- Qızıl mədənçiliyi məhdud və özünəməxsus sahədir. Necə oldu ki bu sahəyə başladı?
- Mədənçilik özünəməxsus sahə deyil, sadəcə Məmmədpaşanın özünəməxsus düşüncəsi, talantı var idi. Hər şeyi düşünüb daşınan şəxs olub. Sözün əsl mənasında Məmmədpaşa Azərbaycanda da mədənçilik istiqamətində çalışmaq istəyində idi. Hətta bir bir müddət arxeloji araşdırmaların aparılması arzusunda olub. Amma Azərbaycanda müəyyən əsaslara görə imkan verilmir və elə qaydalar var idi ki, mədənçilik və arxeloji araşdırmalar aparmaq qeyri-mümkün idi.
- M.Axundovun həm də xeyriyyəçiliklə məşğul olduğu, Qubada bu istiqamətdə də bir çox işləri gördüyü deyilir.
- Doğrudur, Məmməpaşa, hər zaman xeyriyyəçilik işlərində aktiv olub. Bəzi iş adamlarının yalnız özünü düşünməsi, məsələn, çətinliyi olan ailələrə yardım etməməkləri onu narahat edirdi. Məmmədpaşa gəlirinin əksər hissəsini xeyriçiliyə sərf edirdi. Almaniyada yaşadığı illərdə də Azərbaycanda imkansız ailələr yardım edib və dəstək olurdu. Şəxsən mənim vasitəmlə bir neçə köməksiz ailəyə yardım edib. Digər ailələrə yardım etməyinin də şahidi olmuşuq.
Məmmədpaşa öz hesabı ilə və xeyriyəçilik məqsədi olan dostlarının maliyə dəstəyi ilə Mali Respublikasında 2021 və 2022-ci illərdə 40-dan çox içməli su quyularını əhalinin istifadəsinə verib. Təxminən 10-a yaxın isə içməli su quyularının qazılma işləri gedirdi. Orada 1 məscid, 1 xəstəxana və bir neçə məktəb də tikib. Eyni zamanda xeyli sayda az təminatlı ailələrə himayədarlıq edirdi, bayramlarda yardım paketləri paylayırdı.
- Qəza xəbərini nə vaxt eşitdiniz?
- Qəza mayın 6-da günün ikinci yarısında olub. Telefonlara cavab verən yox idi. Qəzanı hadisədən iki gün sonra, mayın 8-də oğlu ilə danışanda bildim. Oğlu mərhumun cənazəsini Azərbaycana gətirmək istəsə də alınmadı. Diplomatik korpuslarla əlaqə yaratmaq mümkün olmadı. Ona görə də Məmmədpaşa Malidə dəfn edildi.
- Mərhumun ölüm səbəbi ilə bağlı müxtəlif fərziyyələr səsləndirilir. Onlardan biri də sui-qəsd ehtimalıdır. Siz buna inanırsınız?
- Bəli. Məmmədpaşanın ölümü ilə bağlı bir çox fərziyələr səsləndirilir. Amma biz fərziyələrə yox, real məlumatlara nəzər yetirmək istəyərik.
Apardığım araşdırmalara görə, Malidə qızıl hasilatı ilə əsasən Fransa şirkətləri və Rusiya «Vagner»inə aid olan şirkətlər qrupu məşğuldur. Həmişə mədənçiliklə məşğul olan bu şirkətlər Malidə qızıl işi ilə məşğul olan xarici şirkətləri sıxışdırır, əsasən də türklərə aid olan şirkətləri ölkədən çıxarmağa çalışırlar. Rusiyanın «Vagner» şirkətlər qrupu Afrika və Şərq ölkələrində Rusiyanın rəsmi şirkətləri kimi qeydiyyata alınıb. Adı keçən şirkətlər türk şirkətlərinə qarşı müxtəlif üsullardan istifadə etməklə maneələr yaradırlar. Ən əsası da Türkiyə və Azərbaycan şirkətlərini həmin ölkələrdə istəmirlər. «Arifoglu Gold» şirkətinin üzərində də - loqosunda Azərbaycan və Türkiyə bayrağı əks olunub.
Digər məlumat ondan ibarətdir ki, «Arifoglu Gold» şirkəti qəzadan 15 gün öncə böyük bir mədən ərazisini satın alıb. Belə qənaətə gəlirik ki, qəza təsadüfi olmayıb. Əldə etdiyimiz məlumatlar şühbələrimizə əsas verir. Çünki baş vermiş qəzada tək bir nəfər – «Arifoglu Gold»şirkətinin direktoru Məmmədpaşa Axundov həlak olub.
- «Arifoglu Gold» MMC-nin fəaliyyəti davam edəcək?
-Bu haqda cavab vermək hələ tez olduğunu düşünürəm. Çünki, bu məsələ şirkətin varisi olacaq şəxsin qərarından asılıdır.