Biznes təkliflər

Xorvatiya şirkəti Azərbaycanda potensial tərəfdaşlarla əməkdaşlıqda - MARAQLIDIR

Xorvatiya şirkəti Azərbaycanda potensial tərəfdaşlarla əməkdaşlıqda - MARAQLIDIR | FED.az
12:41 14 Okt 2019

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

AZPROMO-dan FED.az-a bildirilib ki, Xorvatiyanın “Slendor Tekstil d.o.o.” şirkəti Azərbaycanla əlaqələrin qurulması və potensial tərəfdaşın tapılmasında maraqlıdır. Şirkət yüksək keyfiyyətli əsasən hərbi, professional, işgüzar və xüsusi məqsədlər üçün geyimlərin istehsalçısıdır.

Eləcə də bax: Rusiya şirkəti Azərbaycandakı şirkətlərə əməkdaşlıq - TƏKLİF EDİR

“Slendor Tekstil”, həmçinin müxtəlif növ “GORE-TEX” və “WINDSTOPPER” geyimlərini istehsal edə bilmək üçün “W.L.Gore & Associates GmbH”nin lisenziyalı partnyorudur.

Əməkdaşlıqda maraqlı olanlar AZPROMO-ya müraciət edə bilərlər.

Digər xəbərlər