Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.
AZPROMO-dan FED.az-a bildirilib ki, Rusiyanın “MORSHANSKAYA MANUFAKTURA” fabriki ölkəmizdə fəaliyyət göstərən investorlarla əməkdaşlıqda maraqlıdır. Tambov vilayətində yerləşən fabrik tekstil sənayesində ixtisaslaşıb. Fabrikin ümumi sahəsi 10,4 hektar, istehsal sahəsi 74 min 416 kvadratmetrdir.