Azərbaycanda fitness (idman) avadanlıqlarının istehsalçısı "SferaGYM" şirkəti fəaliyyətini yenidən bərpa etmək üçün yeni investorlar cəlb etməyi nəzərdə tutur.
FED.az xəbər verir ki, "SferaGYM" rəhbəri Nahid Hacıyev bildirib ki, layihələndirməsi 2016-cı ildən başlamış "SferaGYM" şirkəti fitness (idman) avadanlıqlarının istehsalı üzrə ixtisaslaşıb:
“İstehsal prosesinin təkmiləşdirilməsi və bir çox ehtiyat hissələrin təmin olunmasında Türkiyə, Rusiya, İtaliya kimi ölkələrlə iş birliyi quran və "Made in Azerbaijan" prinsipi ilə yaradılan şirkət qısa dönəm ərzində (bazara təqdim olunma) öz sferasında böyük marağa səbəb oldu. Lakin təəssüflər olsun ki, 2019-cu ilin ilk aylarından başlayaraq layihəmiz maliyə yetməzliyi səbəbindən istehsal və bazarlama sahəsində 100%lik hədəfə çata bilmədi və müvəqqəti olaraq fəaliyyətini dayandırdı. Bir çox investor və əlavə kapital təminatı (özəl və dövlət sektorları) ilə bağlı görüşlər keçirilsə də təklif olunan şərtlər və istəkdən az təklif olunan maliyə səbəbindən iş birlikləri baş tutmadı. Buna baxmayaraq biz yeni investor tapmağı hədəfləyirik. Maraqlananlar saytımız vasitəsi ilə ( http://www.sferagym.az ) bizi yaxından tanıya bilərlər”.
Əlaqə üçün: 050 598 05 48
Marja