«Forbes» jurnalı Türkiyənin ən zəngin 100 adamını açıqlayıb.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyahı bui ş admmlarının 2019 və 2020-ci illərin əvvəllərinə malik olduqları sərvətlərin həcminə görə tərtib edilib.
Hesabata əsasən, «Yıldız Holdinq»in sahiblərindən biri Murat Ülker keçən illə müqayisədə sərvətini 1 milyard dollar artıraraq 4 milyard 700 milyon dollarla Türkiyənin ən varlı adamlarının siyahısına başçılıq edir. O bu mövqedə ötən ilki lider «Rönesans Holdinq»in rəhbəri Erman Ilıcakı üstələyib.
Siyahıda Türkiyənin bir sıra varlı ailələri və holdinqlərinin - Koç, Sabançı, Yıldız, Eczaçıbaşı, Doğuş, Doğan, Çarmıklı və sairlərin üzvləri də yer alıb.
Siyahıda ilk 10-luğa düşənlərin sərvətləri 1,8 milyard dollardan başlayır. İlk 10-luqda iki qadın da yer alıb. Bunlar «Doğuş Holdinq»in təmsilçisi Filiz Şahenik (2,2 milyard dollar) və «Koç Holdinq»in təmsilçisi Semahat Arseldir (1,9 milyard dollar).
İlk yüzlüyü əhatə edən siyahıda ən az sərvəti olan 400 milyon dollara malikdir.
Türkiyənin ən zəngin 100 adı və şirkətləri aşağıdakılardır: