O dünyanın ilk qaradərili milyarder xanımıdır. Forbes reytinqinə əsasən, 05.01.2017-ci il tarixində sərvətinin miqdarı 2,8 milyard dollardır.
Həmçinin Forbes xanım haqqında aşağıdakı məqamları diqqətə çəkir.
- Əyləncə sektorunun maqnatı sayıla Oprah Winfrey 2017-ci ildə yenidən televiziyaya qayıtdı və aprel ayında çəkildiyi HBO filmindəki performansı tənqidçilərin xeyli tərifinə səbəb oldu.
- Bir zamanlar Nashville-də xəbər aparıcısı olmuş xanım, yenidən müxbirlik köklərinə qayıdır, 2017-ci ilin payızında o, 60 dəqiqlik proqrama xüsusi iştirakçı qismində dəvət olunub.
- Onun yaratdığı OWN şəbəkəsi 2016-ci ildə öz izlənmə rekorduna çatıb, amma Winfreyin gəlirləri onun televiziya şousunun yayımlandığı dövrlərdən qaynaqlanır.
- Weight Watchers kompaniyası (çəki itirmək istəyənlər üçün xüsusi proqram və məhsul təklif edən şirkət) “Oprah effekti”nə ümid bəsləyir. O, 2015-ci ildə şirkətin 10% səhmini alıb və brend elçisi kimi fəaliyyət göstərir.
OPRAH WİNFREY
O, sərvətinin miqdarına görə şou-biznesdə olan qadınlar arasında rekordçu hesab olunur. O, tarixin ilk və yeganə qaradərili qadın milyarderidir. Oprah Winfrey Network telekanalının, Oprah Magazine jurnalının və Oprah Radionun sahibidir.
Uğurunun sirri: “Oprah Şou” Amerika televiziyasında yayımlanan ən populyar verilişlərdən biri olub. 1986-ci ildən 2011-ci ilə qədər 25 mövsüm yayımlanıb. Ağ dəri kresloda Oprahın qarşısında Amerikanın ən məşhur insanları – o cümlədən Barak Obama, Maykl Cekson, Mayk Tayson, Uitni Xyuston, Sara Peylin və ondan da çox sadə amerikalı əyləşib, öz həyat faciələrini, başlarına gələn hadisələri, xoşbəxtlik sirlərini və s paylaşıb. Oprah hər kəsdən söz almağı bacarır. Hətta velosipedçi Lens Armstronq onun şousunda dopinqdən istifadə etdiyini etiraf edib, halbuki həmin vaxta qədər həmişə o məsələ ilə ağlı susurmuş.
İşgüzar prinsip: “Bilin ki, məşğul olduğunuz işə görə sizə pul ödəmirlərsə, deməli siz uğura gedən yoldasınız.”.
Danışmağı öyrəndiyi andan, Oprah səhnədə olub – uşaqlıqda o, hasarın üzərindəki qarğalardan müsahibə alarmış, məktəbdə öz natiqlik bacarığını göstərmək üçün hər fürsətdən istifadə edərmiş, daima müsabiqələrə qatılarmış. Onlardan birində “Miss yanğından mühafizə” müsabiqəsində, onu yerli WVOL radio-stansiyasının aparıcılarından biri görür və efirdə xəbər oxumağa dəvət edir. Bu onun əməkhaqqı qazandığı ilk iş idi. Daha sonra o məktəb dərslərini və işini də eyni anda çatdırmağa çalışır və həftəyə 100 dollar qazanır.
“Siz həyatda, yalnız istəməyə cəsarət etdiyiniz şeyləri əldə edirsiniz. Meyarlarınızı yüksəltməkdən qorxmayın”.
17 yaşında Oprah ən gənc müxbir olur, yerli KİV-də çalışaraq və, Nashville televiziyasının ilk qaradərili qadın müxbiri olaraq o, 1986-cı ildə özünün ən yaxşı şousunu yaradır.
“Nə qədər çox versəniz, o qədər çox əldə edirsiniz”.
Oprahın uşaqlığı heç də asan keçməyib – o nənəsi ilə köhnə, hətta kanalizasiyası olmayan bir evdə yaşayıb. 9 yaşında təcavüzə məruz qalıb, 14 yaşında dünyaya uşaq gətirib, amma doğuşdan sonra körpə həyatda qalmayıb. Bilmək olmaz Oprahın taleyi necə olacaqdı, əgər o dövlət proqramına qəbul qazanıb, şəhərkənardakı nüfuzlu məktəbdə təhsil almağa getməsəydi. Ona görə də o televiziya sahəsində pul qazanmağa başlayandan yoxsul qara dərili uşaqların təhsilinə maliyyə ayırmağa başlayıb və bu vaxta qədər həmin məqsədlər üçün 400 milyon dollardan çox vəsait sərf edib.
Onun da səhvləri olub:
OPRAH WİNFREY: OLDUQCA AMBİSİYALI PROYEKT
Uzun müddət ərzində Oprah Winfrey ABŞ-da populyar televiziya şousunun aparıcısı olub. Şou başa çatanda qadın sakitcə işlərdən uzaqlaşa bilərdi, amma o, fərqli hərəkət etdi. 2011-ci ildə xanım Winfrey OWN adlı öz teleyayımını başlatmaq istədi.
Problemlər lap öncədən başladı. Sonra Oprah etiraf etdi ki, hər şeyin nə qədər çətin olacağını bilsəydi “başqa işin qulpundan tutardı”. O bildirir ki, televiziya hazır olmamış bu haqda anons verməyə başlamışdı və sözü gedən hadisə ilə bağlı “101 səhv” adlı kitab yazmaq olar. Ambisiyalı proyekt ona 330 milyon dollar zərərə başa gəldi və Oprah güclü stress yaşamış oldu.
©1lady.az