Nyu-York – iki tərəfi olan ştatdır. Bir tərəfən Nyu-York şəhəri ştatın əhalisinin yarısı yaşayamn urbanistik cənnətdir. Digər tərəfdən, ştatın Nyu-York şəhərindən başqa hissəsi, hansı ki, əhalisi kənd yerlərində və kiçik şəhərlərdə yaşayır.
Nyu-York şəhəri – dünyanın ən varlı şəhərlərindən biridir. Nyu-York ştatı isə o qədər də effektiv iqtisadiyyata malik deyil. FED.az Nyu-York şəhəri və ştatı haqqında ən maraqlı 11 faktı təqdim edir.
1. Nyu-York iqtisadiyyatının həcmi təxminən Kanada iqtisadiyyatı qədərdir
Nyu-Yorkun Kanada ilə sərhədi var. Amma şəhər və Kanadanın sərhəd və Niaqara şəlaləsindən başqa ortaq cəchətləri də var. Bu - iqtisadiyyatın həcmidir. Nyu-York ştatının iqtisadiyyatı təqribən Kanada iqtisadiyyatı həcmindədir. Bundan başqa Kanada Nyu-Yorkdan ən çox ixrac qəbul edən ölkədir.
Əgər Nyu-York ayrıca ölkə olsaydı, iqtisadiyyatın həcminə görə, dünya reytinqində Kanada və Cənubi Koreyanın arasında yerləşərdi.
2. Nyu-York şəhərinin ÜDM-i 20235-ci ildə Tokionun ÜDM-ni keçəcək
Office of the New York State Comptroller-in məlumatına görə, 2017-ci ildə Nyu-York ştatının Ümumi Daxili Məhsulu 1,5 trilyon doları keçib. 2035-ci ildə isə təkcə Nyu-York şəhərinin ÜDM-si 2,5 trilyon dolları keçəcək. Nəticədə Nyu-York dünyanın ən varlı şəhərinə çevrilərək Tokionu keçəcəak.
3. Nyu-York ən çox milyarderin yaşadığı şəhərdir
Bəzi məlumatlara görə, Nyu-York şəhəri ən varlı şəhərir. Burada 103 milyardçı yaşayır və bu göstəriciyə görə, Nyu-York Honkonqu (93 milyardçı), San-Fransiskonu (74), Moskvanı (69) və Londonu (62) arxada qoyub.
4. ABŞ ərazisinin 1%-ni, ÜDM-nin 8%-ni təşkil edir
Sahəsinə görə, Nyu-York ABŞ-ın cəmi 1%-ni təşkil etsə də, iqtisadiyyatın 8%-i bu şəhərin payına düşür.
5. Nyu-Yorkda işsizlik tarixdə ən aşağı səviyyədədir
2018-ci ildə bütün ABŞ-da işsizlik artsa da, Nyu-York bku tendensiyanın əksinə hərəkət edib. 2018-in sonunda şəhərdə işsizlik səviyyəsi 4%-ə enib ki, bu da Nyu-Yorkun tarixində ən aşağı göstəricidir.
6. Nyu-Yorkdakı almaları əhaliyə paylasan, adama 11 alma düşər
Nyu-York təkcə öz birjasına görə deyil, alması ilə də məşhurdur. Bircə dəfə burada olanlar bilir ki, şəhər alması və alma sidri ilə tanınır. Nyu-York ştatında o qədər alma yetişdirilir ki, onu ABŞ əhalisinə paylasan, adama 11 alma düşər. Baxmayaraq ki, Nyu-York yığılan almaların həcminə görə, ABŞ-da Vaşinqtondan sonra ikincidir. Bu ştatdakı 700 alma bağından ildə 29,5 milyon buşel və ya 800 min ton alma yığılır. Hər buşeldə 125 alma olduğunu nəzərə alanda ştatda il ərzində 2,7 milyard ədəd alma yığılır. Bu da ABŞ əhalisinin adambaşına 11 alma deməkdir.
7. ABŞ-da ən çox yoqurt Nyu-Yorkda istehsal edilir
Nyu-York alma istehsalına görə ABŞ birincisi deyil. Amma burada ən böyük kənd təsərrüfatı məhsulları südçülük sənayesində istehsal edilir. Nyu-York – pendir, smetan və yoqurt istehsalı üzrə ölkə lideridir.
8. Nyu-York – brilyant ixracı üzrə dünya lideridir
Yoqurt istehsalı öz yerində, amma biz pul ekvivalentində ixracın həcmindən danışırıqsa, Nyu-Yorkun ən gəlirli sahəsi süd məhsulları deyil, cilalanmış brilyantlardır. Təkcə ötən il Nyu-York 13 milyard dollarlıq brilyant ixrac edib. Brilyantlardan sonra Nyu-Yorka ən çox gəlir gətirən məhsullar rəsm əsərləri, zərgərlik məmulatları, qızıl, yaqut və heykəltəraşlıq məhsullarıdır. Ümumiyyətlə, Nyu-York – dünyada lüks məhsullarının ən böyük ixracçılarındandır.
9. ABŞ-ın ən bahalı evi Nyu-Yorkda yerləşir
Yəqin bu heç kimi təəccübləndirməyəcək ki, ABŞ-ın ən bahalı evi Nyu-Yorkdakı penthausdur. Milyarder Ken Qriffin Nyu-Yorkda 220 Central Park South unvanında yerləşən penthausu 238 milyon dollara alanda, ABŞ-ın ən bahalı evinin sahibinə çevrilib.
bu penthausun qiyməti Manhettendəki evlərin orta qiymətini (1,32 milyon dollar) 180 dəfə üstələyir.
10. ABŞ-da ən ucuz evlər də Nyu-Yorkdadır
Nə qədər qəribə görünsə də, əhalinin gəlirləri ilə müqayçisədə, ABŞ-ın ən ucuz evləri də Nyu-York ştatındadır.
Məşhur Manhetten ümumiyyətlə dünyada evlərin ən bahalı olduğu ərazilərdən biridir. Amma Nyu-York ştatında evlərin daha əlçatan olduğu ərazilər də var. «US News & World Report» hesabatına görə, Buffalo şəhərinin əhalisi yaşayış yerinə öz əmək haqlarının cəmi 21,1%-ni xərcləyirlər. Buffalo ABŞ-da ən ucuz mənzillərə görə, 11-ci şəhər sayılır. Sirakyus isə 22-ci yeri tutur.
11. Nyu-Yorkda «Starbucks»dan çox «Dunkin» kafesi var
Qəribə görünür, amma ABŞ-da kofe şəbəkələri arasında əsl rəqabətdir. Nyu-Yorkda da «Dunkin'»in 596 ticarət nöqtəsi olduğu halda, «Starbucks» kafelərinin sayı cəmi 317-dir.