Biznes tarixi

Londonun gizli, funtlu milyarder gildiyaları

Londonun gizli, funtlu milyarder gildiyaları | FED.az
08:23 15 Fev 2019

Londonun ticarət gildiyalarının minillik tarixi və milyardlarla funt sterlinq pulu var.

Amma görəsən, onlar fəaliyyətlərinin əsas qaydalarından biri olan - "pulu cəmiyyətə xərcləmək" prinsipini unutmayıblar ki?

FED.az bbc.com/azeri-yə istinadən xəbər verir ki, təsəvvürəgəlməz dərəcədə sərvətə malik olan həmin şirkətlər hələ qədim zamanlardan Londonun mərkəzində, maliyyə təsisatlarının yerləşdiyi rayonda özlərinə yuva qurub.

Lobbiçilik, idarəçilik və həmkarlar ittifaqı yaratmaqla məşğul olan bu təşkilatlar hazırda tamamilə fərqli məqsədlərə köklənib - elmi təqaüdlər, xeyriyyə və təhsilə.

Onlar şəhərin işgüzar mərkəzində həmişə aparıcı yer tutmuş qədim sənətləri təmsil edir və həmin şirkətlərin adı elə qədim vaxtlardan məşurlaşıb.

Bu sırada, misal üçün, 975-ci ildə qurulmuş Butchers və ya Fishmongers şirkətlərinin adını çəkmək olar.

Digərlərinin adı artıq tarixdə qalmış sənət növlərilə əlaqəli ola bilər, misal üçün, parçaçılıq və böyük ölçülü yay hazırlamaqda ixtisaslaşan Mercers və Bowyers şirkətləri kimi.

Bütün bu şirkətlər öz məhsulları üçün standartlar müəyyən edir və çox vaxt həmin məhsulların ticarətinə eksklüziv hüquqlar əldə edərək siyasi məsələlərə də təsir vasitəsi əldə edirlər.

Richard (Dick) Whittington topladığı sərvətini Mercers şirkətinə şəhərin ehtiyaclarına xərcləmək üçün vəsiyyət edib.

Richard (Dick) Whittington topladığı sərvətini Mercers şirkətinə şəhərin ehtiyaclarına xərcləmək üçün vəsiyyət edib.


Onların işinin digər tərəfi firavanlıq və xeyriyyəçiliklə bağlı olub: vəfat edən üzvlərin dəfn edilməsi, xəstəxanaların, yoxsullar üçün evlərin tikilməsi.

Bu gün, həmin şirkətlərin milyardlarla funt aktivləri var - həmin aktivlər əsrlər boyu edilmiş ianələr hesabına toplanıb.

Ola bilsin ki, tarixi gildiya üzvlərindən ən məşhuru Richard (Dick) Whittington-dur: o, topladığı sərvətini Mercers şirkətinə, şəhərin ehtiyaclarına xərcləmək üçün vəsiyyət edib.

Artıq 1884-cü ildə Kral Komissiyasının araşdırmasından sonra o dövrün aparıcı şirkətlərinə cəmiyyətin ehtiyaclarına daha çox pul xərcləmək göstərişi verilmişdi, əks-halda şirkət öz varlığını risk altına qoya bilərdi.

Lakin onlar bunu etdimi? Və indinin özündə edirlərmi?

Vintners şirkətindən David Ferris hesab edir ki, bu sahədə şirkətlərin gördüyü iş qənaətbəxş deyil.


"Centlmenlər klubu"

"Qədim şirkətlərin qədim ənənələri var, lakin onlar cəmiyyətə xeyir verməkdən ibarət olan fəaliyyətlərinin başlıca məqsədini unudublar, - o deyir. - Onlar 1700-ci illərdən bəri, əsasən, centlmen klublarına çevrilib və olduqca zəngindirlər".

Şirkətlər xeyriyyəçilik məqsədilə öz binalarında ıictimai tədbirlərin keçirilməsini təşkil edirlər

Şirkətlər xeyriyyəçilik məqsədilə öz binalarında ictimai tədbirlərin keçirilməsini təşkil edirlər


Bu cür şirkətlərin çoxu birjalara, böyük holdinqlərə yatırım edir. Ən varlı şirkətlər arasında Londonun Covent Garden rayonunda çoxmərtəbəli binalara sahiblik edən Mercers şirkəti də var.
 

İctimai hesabat olmadan

Mercers və Goldsmiths, sıraca, Londonun 55-ci və 73-cü ən iri əmlak şirkətləridr.

Lakin bu şirkətlər ictimaiyyət qarşısında hesabat vermir, bir sıra digər qədim şirkətlər də bunu etmir.

Goldsmiths Londonun ən iri torpaq mülkədarlarından biridir

Goldsmiths Londonun ən iri torpaq mülkədarlarından biridir


Bununla belə, ictimaiyyət üçün açıq olan sənədlərdə səkkiz belə şirkətin adı çəkilərək onların xeyriyə cəmiyyətlərinin £1.1 milyardlıq aktivi oluğu məlum olub, BBC tədqiqatında aşkar edilib.

Ferris hesab edir ki, 110 bu cür şirkətin ümumi aktivi azı £5 milyard təşkil edə bilər.

Vintners şirkəti 2017-ci ildə £2,1 milyon həcmində ümumi xərcin £210,000 məbləğdə hissəsini xeyriyyə məqsədləri üçün xərcləyib.

Ferris hesab edir ki, bu məbləğ çox azdır.
 

Fərqli hədəflər

Drapers şirkəti 2017-ci ildə kraliçanın şərəfinə ziyafət təşkil etmişdi.
Drapers şirkəti 2017-ci ildə kraliçanın şərəfinə ziyafət təşkil etmişdi.​
 

Ferris deyib ki, o əvvəllər şirkətə bu barədə narahatlığını bildirib. Lakin onun sözlərinə görə, bundan sonra ona, şirkətin tədbirlərində 5 il ərzində iştirak etmək və "şirkətin idarəçiliyinə dair suallar vermək qadağan olunub". Ferris-ə göndərilmiş müvafiq məzmunlu məktub BBC-yə göstərilib. Şirkətin özündən bu məsələni şərh edən olmayıb.

Hər bir şirkətin fərqli məqsədi və fəaliyyət istiqaməti var, odur ki, onların hamısını bir-birinə qarışdırmaq, fəaliyyətini eyni bucaqdan qiymətləndirmək düz olmazdı.

Misal üçün, Haberdashers və Merchant Taylors şirkətləri, onların adlarını daşıyan məktəblərə dəstək göstərirlər. Gunmakers odlu silahları sınaqdan keçirir.

Goldsmiths şirkətinin Londonun zərgərlik məmulatları ticarətində böyük payı var.


Tallow Chandlers Hall, 2010 - London
Tallow Chandlers kimi bir çox şirkətin ilk əvvəl başladıqları biznes fəaliyyətilə hazırda heç bir əlaqəsi yoxdur.​
 

Üzüklər hazırlamaqla məşğul olan zərgər Castro Smith deyir ki, zərgərlik sənayesində Goldsmiths şirkətinin rolu böyükdür: "Xüsusilə, yeni işə götürülənlərə bu sənəti öyrətməkdə. Bu sənətə yiyələnmək üçün xeyli vaxt tələb olunur".

"Onlar maliyyə, məşq keçirmək, dəstək vermək və şəbəkə yaratmaq cəhətdən kömək edirlər", - o qeyd edib.
 

Orta əsrlər dövrünün xeyirxahlığı

Bu qrupa aid edilən, lakin yaşı nisbətən az olan şirkətlər özlərini daha açıq aparır. Qədim və davamlı tarix amili şirkətə xeyriyyəçilik üçün donorları cəlb etməyə, onlarda inam yaratmağa əsas verir.

Və çoxları, misal üçün, Arts Scholars şirkəti, pulların hansı məqsədə, o cümlədən, xeyriyyəyə necə xəclənməsinə ciddi nəzarət edir.

"Biz təhsili təşviq edirik. Bu, bizim fəaliyyətimizin əsas istiqamətini təşkil edir", - nisbətən gənc olan Arts Scholars şirkətinin rəsmisi Georgina Gough deyir.

David Ferris isə hesab edir ki, daha qədim şirkətlər öz daxili strukturlarında islahat keçirməlidir.

"Onların məxfi iş görmələri onlara kömək etməyə bilər. Onların iclaslarında deyilənlər, baş verənlər gizli saxlanılır", - Ferris deyir.

Ferris belə şirkətlərdə daha bir xoşagəlməz ənənəni qeyd edir - şirkətə üzvlüyün atadan övlada keçməsini. Yaşı nisbətən az olan şirkətlər bu cür ənənədən qaçmağa çalışır.

"Biz unutmamalıyıq ki, bizim aktivlərimizin mənbəyi orta əsrlərdə yaşamış insanların xeyirxahlığıdır, - Ferris deyir. - Onlar bisəydilər ki, cəmiyyətin ehtiyacları üçün bu dərəcədə az məbləğdə pul xərclənir, şoka düşərdilər".

 


 

Digər xəbərlər