“Ümumdünya Hörümçək Toru” “World Wide Web” (“WWW”) Tim Berners-Li tərəfindən 1989-cu il martın 12-də təqdim edilib. Martın 12-də “Google”un axtarış xidmətinin əsas səhifəsində yerləşdirilmiş yeni dudl “Ümumdünya Hörümçək Toru”nun 30 illiyinə həsr olunub.
FED.az xarici KİV-lərə istinadla xəbər verir ki, “Ümumdünya Hörümçək Toru” T.Li tərəfindən düşünülüb. Alim ilk əvvəl tipləşdirilmiş istinadlardan ibarət böyük hipermətn məlumat bazası yaratmağı planlaşdırıb. “Mesh” adlandırılacaq layihə CERN-də bir neçə kompüter arasında informasiya mübadiləsinə kömək etməli idi. Nəticədə Berners-Li “HTML” dili, həmçinin “HTTP” və “WorldWideWeb.app” proqramlarını yazaraq blok-sxemi adi modelə çevirib.