Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı, hazırda həbsdə olan Gülnarə Kərimova azadlığa çıxmaq üçün hökumətə 686 milyon dollar təklif edib.
FED.az xərici mətbuata istinadən bildirir ki, bu təklifi Kərimova indiki prezident Şavkat Mrziyevə İnstaqram vasitəsilə yazdığı məktubda açıqlayıb.
G.Kərimova təklif edib ki, ona qarşı ittihamlar ləğv edilsin və bunun müqabilində İsveçrə banklarındakı 686 milyon dollar vəsaiti dövlət büdcəsinə qaytarmağa hazırdır. O bildirib ki, artıq indiyədək büdcəyə 131 milyon dollar qaytarıb, əlavə 686 milyon dolların qaytarılması da dövlət üçün sərfəlidir və humanitar sahəyə xərclənə bilər.
Kərimovva bildirib ki, bunlan əvvəl ondan «qanunsuz yolla» 1,2 milyard dollar alıblar. Amma keçmiş prezidentin qızı bu qədər vəsaiti necə qazandığını açıqlamayıb.
Özbəkistanın maliyyə nazirliyi də bildirir ki, səslənən rəqəmlər doğru deyil – G.Kərimovadan alınan əmlakların satışından büdcəyə 2018-ci ildə 20,2 milyon dollar, 2019-cu ildə isə 11,8 milyon dollar daxil olub.
Maraqlıdır ki, G.Kərimovaya qarşı ilk cinayət işi hələ atasının vaxtında 2013-də qaldırılıb, o korrupsiya və İsveçrə banklarında çirkli pulların yuyulmasında ittiham edilirdi. Bu itihamlara görə 2015-ci ildə o hələ atasının vaxtında 5 il müddətində azadlıqdan məhrum edilmişdi. Prezidentin qızı cinayətkar qruplara dəstək verməkdə, dövlət vəsaitini dağıtmaqda və vergilərdən yayınmaqda ittiham edilirdi.
Nəhayət 2017-ci ildə ona qarşı növbəti cinayət işi açıldı - 1 mlrd 942,8 milyon dollar və 29 milyon avroluq vəsaitlərə görə. Bu dəfə G.Kərimova "otkat" almaqda, pulların qanunsuz olaraq ölkədən xaricə çıxarılmasında, xaricdən şişirdilmiş qiymətə mal idxalında və sair hallarda ittiham edilirdi.
2017-də Kərimovaya daha 10 il iş verildi, sonradan bu cəza 5 illiyə azadlığın məhdudlaşdırılması ilə əvəz edildi və ona qızının evində yaşamağa icazə verildi. Sonradan qaydaları tez-tez pozduğuna görə, cəza sərtləşdi və yenidən koloniyaya qaytarıldı.