Yəqin ki, siz də bu vəziyyətlə rastlaşmısınız: vacib bir görüşə tələsirsiniz və saatınız vaxtında çatacağınızı söyləyir. Ancaq təəssüf ki, qarşı tərəf gecikdiyinizi idda edir. Divar saatı beş dəqiqə gecikdiyinizi göstərir. Əlbəttə, ağır şokdan qurtulduqdan sonra maraqlanırsınız: bu necə ola bilər? Axı siz də yeni saat əldə edərkən dərhal saniyəsinə kimi dəqiq quraşdıran insanlardansınız.
Eləcə də bax: "Xiaomi"nin ucuz ağıllı saatları - SATIŞA ÇIXARILDI - QİYMƏTLƏR
Niyə bütün dünyada saatlar eyni vaxtı göstərmir, bu qədər fərqlənir? Və kimin saatı vaxtı düz göstərir: sizin, yoxsa qarşı tərəfin? Dəqiqədəki uyğunsuzluğa görə narahat olmağa dəyərmi? Bu suallara cavab almadan öncə FED.az TED.az-a istinadən sizə saatların tarixini təqdim edir:
Dəqiq vaxtın qısa tarixi
Əlbəttə, ilk insanlar saat taxmırdılar. Onlar buna heç ehtiyac da duymurdular, çünki ovçu və yığıcların həyat tərzi qatar, təyyarə cədvəlləri və ya gecikən cərimələr haqqında məlumat tələb etmirdi. Ancaq sivilizasiyanın inkişafı və əmək bölgüsü insanlara çox təzyiq göstərir və birlikdə işləməyə məcbur olurlar. Bizi bu yola yönəldən ilklərdən biri günəş nəticəsində yaranan kölgəni ölçən günəş saatları idi.
Misirlilər gecələr vaxta görə narahat olan kahinlərin ayinləri nə vaxt yerinə yetirəcəklərini bilmək üçün su saatı icad etdilər: sözün əsl mənasında, nəhəng bir vazanın içərisində ən dərində damlaları ölçən xüsusi oyuq vardı. Orta əsr Avropasında 1300-cü illərdə mexaniki saatların ixtirası vaxtı dəqiq izləməyə imkan verdi. İlk mexaniki saatlar 15 dəqiqə geri qala bilərdi, ancaq XVII əsrin sonlarında danimarkalı alim Kristian Hyugens tərəfindən kəfkirli saatların ixtirası sayəsində gündəlik vaxt itkisi cəmi 10 saniyəyə endi.
850-ci illərdə American Watch Co. şirkəti Massaçusets ştatının Uolteme şəhərində insanların kütləvi şəkildə istehlak etdəcəkləri, hara getsələr vaxtı düzgün bilmələri üçün yaylı cib saatları istehsal etdi. Beləliklə, hamı saata sahib olduqdan sonra, başqa bir sual meydana çıxdı: hamı hansı saata uyğunlaşmalıdır?
XIX əsrdə yerli vaxt üçün yüzlərlə variant var idi, bunların hər biri yerli məhkəmələrdə və ya şəhər salonlarında böyük bir saatla təyin olunurdu, bu da öz növbəsində hər yerdə günorta günəşinə uyğun olaraq qurulurdu. İnkişaf edən dəmiryolu sənayesi üçün isə bu, ciddi problem yaradırdı: qatarların dəqiq cədvəllərə ehtiyacı vardı. Dəmir yolları Harvard Kollecinin ulduz rəsədxanalarından gələn teleqrafla saatı təyin edirdilər. Yerli dəmir yolları arasındakı boşluğu aradan qaldırmaq üçün 1883-cü ildə dəmir yolu şirkətləri Birləşmiş Ştatları hər birini öz vaxtı ilə dörd saat bölgəsinə ayırdı və şəhərləri seçim qarşısına qoydu: ya uyğunlaşmalı ya da iqtisadi təcridlə üzləşməli. Nəticədə hər şey sinxronlaşdı, qaydasına düşdü.
XX əsrdə elm adamları kristalların və hətta ayrı-ayrı atomların tərpənişindən tənzimlənən saatlar hazırladılar ki, bu da belə kiçik ölçülü vahidlərdə - trilyonlarla saniyəyə qədər dəqiqliyi müəyyən etdi.
Saatların dəqiqliyi niyə fərqlənir?
1970-ci illərdən bəri, batareya ilə işləyən kvars saatlarının meydana gəlməsi adi insanlara da vaxt texnologiyasından istifadəni mümkün etdi, bu zamana qədər yalnız elm adamları və texniklər üçün əlçatan idi.
Əgər kiçik bir kvars parçası elektriklə təmas edirsə və daha sonra kvars parçasını sıxdıqda kristal özündə elektron yığımı saxlayaraq daimi elektrik siqnalı verərək elektron sferblatın işini təmin edəcək. 2000-ci illərin əvvəllərində kvars saatları o qədər populyarlaşdı ki, dünya bazarında mexaniki saatların həcmi 13%-ə düşdü. Ancaq istehlak səviyyəli kvars saatları tamamilə dəqiq deyil. Unutmayın ki, fabrikdə çoxlu miqdarda istehsal olunan nisbətən ucuz miniatür cihazlardan danışırıq, laboratoriyada yığılmış bir neçə milyon dollarlıq cihaz haqqında deyil. Zərgərlik mağazasında ən bahalı kvars kristal saatları da mexaniki titrəmələrlə işləyir, onların tezliyi kristalın ölçüsü və forması da daxil olmaqla bir sıra amillərdən asılıdır. İki kvars kristal tamamilə eyni olmayacaq və bu, seriya xəttindəki iki cüt saat arasında bir az fərqə səbəb olacaq. Belə bir saatın düzgünlüyünə temperatur və rütubət kimi xarici amillər də təsir edir.
Nəticədə, kvars saatları zamanla dəqiqliyini bir qədər itirməyə başlayır. Mütəxəssislər hesab edirlər ki, istehlak səviyyəli kvars saatları, bir qayda olaraq gündə iki saniyəyə qədər itirir - uzun müddət bu uyğunsuzluq düzəldilmədiyi təqdirdə bir neçə dəqiqəlik geriləməyə səbəb olacaq. Tədqiqatçılar ucuz saatların bir az daha dəqiq olduğunu söyləyirlər.
Dəqiq saatların qurulması
Yaxşı, əgər ucuz kvars saatları bir saniyədən az olsa belə geri qalırsa, siz görüşə gecikdiyiniz təqdirdə niyə saatınız sizi “aldadır”? Çox güman ki, ilk zamandan yanlış vaxt təyin etmisiniz və ya vaxtında saatı qurmamısınız, ya da daim hərəkət edərkən saatı temperatur və rütubət dəyişikliyinə məruz qoymusunuz. Ancaq yeni saat almağa tələsməyin, buna heç ehtiyac da yoxdu. Sadəcə saatınızı iki aydan bir yoxlamaq kifayət edəcək.