“Minimalistlik və sadəlik” – bu Armani moda evinin əsas fikri, konsepsiyasıdır.
Məşhur modelyer-dizaynerlərdən biri də Corcio Armanidir. 1934-cü ildə iyulun 11-də Milandan çox kənarda olmayan provinsial bir şəhərcikdə - Pyaçensada anadan olmuşdur. O, pyaçentsva universitetində tibb üzrə təhsil alıb, lakin dizayn işlərinə aludə olduğundan təsilini başa vurmamışdır. 1964-cü ildə N.Çerrutinin firmasında, 1970-ci ildən isə hazır geyim firmalarında müstəqil işləməyə başlayıb. 1974-cü ildən öz markası ilə kişi və qadın geyimləri kolleksiyalarını hazırlamışdır. Armani ciddi, qüsursuz klassik üsluba sərbəst görünüş verə bilmişdir.
Onun Armani Collezioni, Armani Neve, Giorgio Armani, Armani USA, Emporio Armani, Armani Exchange, Armani Jeans, Armani Junior, Armani Golf kimi geyim kompaniyaları, ayaqqabı, aksesuarlar, xırdavatlar, ətirlər, saatlar, gün və optik eynəkləri, kosmetika vasitələri sahəsində yaratdığı uğurlu brendləri vardır.
Bundan əlavə o 1986-cı ildə Notturno telefon modelini də ərsəyə gətirir. Onun da moda sahəsində öz imzası, öz dəsti-xətti olur. Onun işləri o qədər sevilir ki, nəinki dünya hiti, eləcə də klassikaya çevrilirdi – hər il, hər mövsümün dəbi. Büdcə isə arta-arta gedirdi. 2001-ci ildə Forbes jurnalı onun kapitalını 1.7 milyard dollarla dəyərləndirərək, onu, ən uğurlu italyan dizayneri adlandırıb.
İdmançıları geyindirmək kimi bir marağı olan Armanini elə idman sahəsində də tələb olunan olub, belə ki, o, 1994-cü ildə dağ xizək idmanı üçün geyimlər, 1996-cı ildən qış idman geyimləri, Çelsi klubu üçün kostyumlar, britaniyalı idmançılar üçün formalar, qolf üçün geyimlər və s. hazırlamışdı. Həm də, 2006-cı ilin Qış Olimpia Oyunlarında İtaliya turnirində bayraqçıların idman formalarının dizayneri idi.
Armani stilində 3 qızıl qayda var: Artıq-urtuq heç nə, eleqantlıq və rahatlıq. Bu qaydalar tək geyimdə yox eləcə də eynəklərdə də (eləcə də digər xırdavatlar) keçərli idi. Armani qrupu ilə Luxottica kompaniyası 1988-ci ildən bir yerdə işləyərək gün və optik eynəkləri də yaradırdılar. Amma, onların bu iş birliyi 2003-cü ildə sona yetmiş olur. Daha sonra onlar Safilo şirkəti ilə işləyirlər. Müasir dizayn, aktiv və gözəl rəng çalarları, linzaların gözəl forması və hər biri öz həddində - çox zövqlü və şık eynəklər.
Armani öz kompaniyasının direktoru, prezidenti və yeganə səhmdarıdır. Bütün işlərinin öhdəsindən məharətlə gələn və insanların zövqünü oxşayıb. 13 zavod, dünyanın 39 ölkəsində 300 eksklyuziv mağaza; böyük bir qrup, böyük şirkət, böyük brend sahibi Corcio Armani. O, hətta, Dubayda “Giorgio Armani” adlı bir otel də açıb. Bundan əlavə o, Olimpia Milano basketbol komandasının da prezidentidir. Bu gün o İtaliyanın ən imkanlı şəxslərindən biridir.
Bu maraqlıdır – Giorgio Armani
14:36
7 Dek 2017