Banner

Biznes tarixi

Bitcoinlə zəngin olan 18 yaşındakı milyonçu Erik Finmanın hekayəsi

Bitcoinlə zəngin olan 18 yaşındakı milyonçu Erik Finmanın hekayəsi | FED.az
14:37 8 Dek 2017

12 yaşında olarkən müəllimlərindən, orta məktəbindən nifrət edən və milyonçu olmağına rəğmən məktəbdə təhsil almağı dayandırmaqla bağlı valideynləri ilə razılaşma edən Erik Finmanın hekayəsi ilə tanış olmaq istərdinizmi?

Gənc oğlan müəllimlərinin xoşa gəlməyən hərəkətlərindən bezdiyi üçün bu qərara gəldiyini deyir. Eyni zamanda orta məktəbdəki müəllimləri ona məktəbi dayandıraraq McDonald’sda işləməyi məsləhət görüb. Stanford universitetində doktorantura dərəcəsi olan ata və anası oğullarının məktəbi dayandırması ilə bağlı təklifi ilə razılaşmırlar.

12 yaşındaykən nənəsi Finmanın təhsilinə faydası dəyməsi üçün 1000 dollar verir. Erik də aldığı pulu bitcoinə yatırır. 2011-ci ildə dəyəri 12 dollar olan bitcoindən təqribən 100 dənə alan Erik, iki ildə sərvətini 100 qatına çıxardır. 2013-cü ildə 1200 dollara qədər qalxan bitcoinlərini 100 000 dollardan yüksək məbləğə satır.

Qazandığı pulu isə pulsuz onlayn məktəb olan Botangle’a yatırmağa qərar verir və öz şirkətini qurur. Şirkətə olan marağı görən Finman öz sərmayəsini daha da böyütmək üçün, əlavə investisiyalar üçün texnologiyanın əsas mərkəzi Silikon vadisinə gedir. Burada ilk tanış olduğu insan isə Redditin qurucusu Alexis Ohaniandır.

Gənc investor Erik, 15 yaşında olduğu üçün həmin illər ən böyük probleminin insanlar tərəfindən ciddiyə alınmamaq olduğunu qeyd edir. Hətta dediyinə görə təcrübəli bir Uber meneceri onun həvəsini qırmaq, sərmayəsinin mənasız olduğunu sübut etmək üçün olduqca səy göstərir. Firman yenə də motivasiyadan düşməyərək 2015-ci ilin yanvar ayında Botangle’a 100 min dollar və ya, 300 bitcoin investisiya etmək istəyən bir investor tapır.

18 yaşında 1.09 milyon dollara qədər sərvətə sahib olan Friman ailəsi ilə girdiyi mərci qazanaraq, oxuduğu liseyi belə bitirmədən təhsilini dayandırmaq haqqında qərar alır. Həmin gün aldığı 300 bitcoin ilə digər sərmayəsi ilə birlikdə 103 bitcoin əlavə etməyi bacaran hələ də universitet diplomu olmayan Erik Frimanın sərvəti bitcoinin 2500 dolları keçməsi ilə daha da çoxalır.

Onun təhsil sistemi haqqında fikirləri isə müsbət deyil. Çıxışlarının birində qeyd edir ki:

“Təhsil sistemi insanlara heç nə vəd etmir, heç vaxt məsləhət görmürəm ”

Hazırda NASA-nın yeni layihəsi olan ElaNa proqramında məsləhətçi olaraq işləyən Erik Friman eyni zamanda ailəsinə maliyyə məsləhətləri də verməyə başlayıb. Hətta 18 yaşındakı gənc milyonçu bir sıra beynəlxalq konfranslarda da çıxış edir.

Digər xəbərlər

Banner