Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Biznes tarixi

  1. Ana səhifə
  2. Biznes tarixi
  1. Biznes tarixi

Avropanın ən varlı ailəsi Azərbaycanda -  ROTŞİLDLƏRİN «QIZIL GENLƏRİ»

Avropanın ən varlı ailəsi Azərbaycanda -  ROTŞİLDLƏRİN «QIZIL GENLƏRİ» | FED.az
12:31 17 Noy 2018

Bir neçə həftə əvvəl Fransada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev burada Fransa prezidenti Emmanuel Makron və digər siyasətçilərlə yanaşı, Fransız biznesinin elitası, böyük şirkətlərin rəhbərləri ilə də görüşlər keçirib.

Dövlət başçısının görüşdüyü şəxslərdən biri «Rothschild and Co» şirkətinin Müşahidə Şurasının sədri Devid de Rotşild idi. Görüşdə Azərbaycan ilə “Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulanıb. Devid de Rotşild babasının vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirib.

Bəs Rotşildlər kimlərdir? Fransanın bu ailəsi belə var-dövləti və nüfuzu necə əldə edib? Rotşildlər Azərbaycanda nə izlər qoyublar? 

Eləcə də bax: Pul əzizdir, yoxsa əqidə? – DÜNYANIN ƏN QEYRİ-ADİ VƏSİYYƏTİ
 
Vəsiyyətə əməl edən ailə
Artıq iki yüz ildir ki, ailə,  nəslin nümayəndələrinə həmişə birgə fəaliyyət göstərməyi, ailə müəssisəsini yalnız kişi xətti üzrə qohumlara etibar etməyi və işlərdə məxfiliyə riayət etməyi tapşırmış nəslin patriarxı və banisinin vəsiyyətlərinə ciddi şəkildə əməl edir. Dünyanın qüdrətli simaları onların fəaliyyətlərinin təsiri altında formalaşıb. Konspiroloqlar əmindirlər ki, qol-budaqları Avropa və ABŞ-a yayılmış məşhur ailə şəcərəsi ABŞ-ın Federal Ehtiyat Sisteminin köməkliyi ilə dünyanın bütün maliyyə sisteminə nəzarət edir. 


Eləcə də bax: Türkiyədə Cümhuriyət dövründən qalan şirkətlər – SİYAHI

Qırmızı lövhə altındakı dükan
On səkkizinci əsrin sonu - Qərbi Avropada böyük dəyişikliklər dövrüdür: Fransada inqilab və monarxiyanın devrilməsi, sənaye istehsalının yaranması, bir sıra irimiqyaslı müharibələr, siyasi təsirin tədricən mülkədarların-aristokratların əlindən çıxması, əzilən qrupların emansipasiyası. Məhz bu vaxt Rotşildlər sülaləsinin maliyyə qüdrətinin təməli qoyuldu. Sülalənin banisi Amşel Mozesin oğlu, Frankfurt-Maynda yəhudi gettosunda yaşamış Mayer Amşel hesab edilir. 


Eləcə də bax:  Hindli gəncin 1 milyardlıq biznesi - UGUR HEKAYƏSİ  

Atası bu dərrakəli oğlanın ravvin olmasını istəyirdi, lakin Mayer dünyəvi işlərə meyl göstərirdi. Bir müddət o, Hannoverdə Oppenqeymerlərin bank evində təcrübə keçdi. Sonra, atasının qırmızı lövhənin altındakı pul xırdalayan dükanında işləməyə başladı (bu qırmızı lövhə alman dilində “Rot Schild” kimi səslənir və sonralar bu söz birləşməsi soyada çevrildi). “Həyatın nəbzini tutaraq” Mayer Amşel qədim sikkələrin və medalların alışı ilə məşğul olmağa başladı. O dövrdə alman əsilzadələri müxtəlif antik əşyaları toplamaqla məşğul idilər, buna görə də, xoşrəftar və işində dəqiq olan gənc dünyanı idarə edən şəxslərlə faydalı tanışlıqlar yaratdı və pul xırdalayan dükan banka çevrildi.
Gettoda yaşayan sərrafın oğlunun karyera sıçrayışı landqraf Qessen-Kasselski Vilhelm ilə tanışlıqdan sonra baş verdi. Ənənəvi olaraq yəhudi əsilli bankirlər alman zadəganları üçün müxtəlif maliyyə əməliyyatları ilə məşğul olurdular. Məsələn, Vyanada Qabsburqların saray bankirləri Oppenqeymerlər evinin nümayəndələri idilər, Prussiya Kralı II Böyük Fridrix” Berlinin “Efraim və oğlanları” firmasının xidmətlərindən istifadə edirdi. Himayədarlarının köməkliyi ilə rəqiblərini keçərək Mayer Amşel Vilqelmin baş saray maliyyəçisinə çevrildi.


Eləcə də bax: Məşhur iş adamı ABŞ prezidentini necə aldatdı? - PAYTAXTLARIN TARİXİ
 
Hər şey ev üçün
Ailənin rifahı sürətlə yüksəlməyə başladı, böyüyən uşaqlar ailə işinə fəal şəkildə qoşulurdular. Sanki  xoşbəxtliklərini tapmaq üçün oxlarını havaya atan nağıl personajları kimi Mayerin oğulları da Avropanın ən iri şəhərlərinə səpələnmişdilər: Solomon — Vyanaya, Natan — Mançesterə (sonralar o, Londona köçmüşdü), Kalman — Neapola, Yakov — Parisə. Böyük oğul Frankfurt-Maynda qaldı. Bu, bir xatirə kimi Rotşildlərin gerbində beş ox ilə və latın dilində şüar ilə təsvir edilir: Concordia, Integritas, Industria — Uyğunluq, Dürüstlük, Zəhmətsevərlik.


Eləcə də bax: Tarixdə ən uğursuz əmlak müqaviləsi - BİZNES TARİXİ
 
Avropanın inkişaf etmiş ölkələrini bürüyən beynəlxalq maliyyə şəbəkəsi belə yarandı
Rəsmən rəqabət apararaq, qardaşlar hər yolla bir-birini dəstəkləyir və yazışmaları yəhudi dilində kodlaşdırmaqla aparırdılar. Nəticədə, ailə şəcərəsinin ingilis (Natan) və fransız (Yakov) qolları ən mükəmməlləri oldular və  indiyə qədər də çiçəklənməkdə davam edirlər.
Övladlarının nikahına saray maliyyəçisi çox ciddi yanaşırdı: oğullar yaxşı cehizi olan qızlarla evlənirdilər,  qızların ərləri də tayfaya daxil olurdular, lakin aşağı vəzifələrdə çalışırdılar.  Ailə müəssisəsinin sükanı arxasında durmaq kürəkənlərə heç bir halda nəsib olmurdu. Tayfanın sərvətinə yalnız Mayer Amşelin kişi xətti nəzarət edə bilərdi. Qazanılmış pul ailədə qalmalı idi, buna görə Mayer nəsli əmiuşağı və əminəvələri ilə nikaha daxil olurdular.
Demək olar ki, bütün elita bu cür hərəkət edirdi. Məsələn, Andrey Şarıy və Yaroslav Şimov “Avstriya-Macarıstan: imperiyanın taleyi” kitabında yazırdılar: “XIX əsrin sonuna Avstriya imperatorunun ailəsi o qədər qol-budaq artmışdı ki, Qabsburqlar sülaləsinə aid qohumlar arasında nikah bağlanması adi hala çevrilmişdi”. 

Eləcə də bax: Puşkinin törəməsi necə milyardçı oldu – BİZNES TARİXİ


1895-ci ildə taxtın varisi olmuş Avstriya-Macarıstanın ershersoqu Frans Ferdinand buna görə qəzəblənirdi: "Ailəmizdə kimsə kənardan aşiq olarsa, şəcərədə bu nikaha mane olacaq hökmən bir cəfəngiyat ortaya çıxacaq. Buna görədir ki, bizdə ər və arvadlar iyirmi-qat qohumlardır. Nəticədə, uşaqların yarısı — axmaq və ya tam gicbəsərlərdən ibarətdir".
Rotşildlər yalnız iudaizm tərəfdarları ilə nikah bağlayırdılar və “Avropa kral soyadının” şöhrətini qazanırdılar. Mayer Amşel tərəfindən qurulmuş qaydalar 200 il boyunca dəyişməz qalırdı, yalnız 1970-ci illərdə Devid Rene, Rotşildlərin fransız budağının nümayəndəsi, katolik olan italyan aristokratı Olimpiya Aldobrandin ilə evlənmişdi. Qızlarını katolik dində, lakin ailə işinin gələcək varisi yeganə oğulları Aleksandrı isə  iudaizm dinində tərbiyə etmişdilər. Həmçinin, 2010-cu ildə Rotşildlər ilk dəfə olaraq nəsillərindən olmayan  britaniyalı Naydjel Hiqqinsi NM Rothschild investisiya bankının icraçı direktoru vəzifəsinə təyin etdilər. Düzdür, Hiqqins onlar üçün o qədər də yad adam deyildi, bu vəzifəyə təyin olunmazdan qabaq, o əsrin dörddə biri qədər bu ailəyə xidmət göstərmişdi.
 

Eləcə də bax: Pulları indiyədək İsveçrə bankında qalan milyonçumuz – BİZNES TARİXİ

Müharibənin düşərli olması
Müharibə olmasa idi, Rotşildlər yerli yarlılar səviyyəsində qalacaqdılar. 1806-cı ildə fransızların imperatoru I Napoleon Almaniyaya hücum etdi. Landqraf Vilgelm işləri saray bankirinin öhdəsinə buraxaraq ölkədən qaçdı. Məhz bu vaxt Mayerin Dumanlı Albion tərəfə  buraxdığı ox onun köməyinə çatdı. Oğlu Natan Mançesterdə parça ticarətini dərhal dayandırdı və Londonda birja işbazına çevrildi.
Fransızlar Vilgelmin qızıllarının bir hissəsini müsadirə etdilər, lakin şefinin əsas kapitalını böyük-Rotşild Natanın qiymətli kağızlarla apardığı əməliyyatlar sayəsində İngiltərəyə köçürməyə müvəffəq oldu. Sevindirici hal idi ki, landqraf saray bankirlərinə simvolik komissiya ilə öz sənədlərinin idarə edilməsi hüququ vermişdi, Natan isə Britaniyanın dövlət istiqraz vərəqələrinin alqı-satışıyla məşğul olmağa başlamışdı. Bununla da, Rotşildlər ilk Avropa milyonçuları oldular və Böyük Britaniyanın Napoleona qarşı apardığı müharibələri maliyyələşdirdilər. Onların parlaq əməliyyatlarından biri — İspaniyada Vellinqton ordusu üçün qızılın göndərilməsi olmuşdur.
19 sentyabr 1812-ci ildə aparılan döyüşlərdən yorulmuş general-feldmarşal knyaz Qolenişev-Kutuzovun komandanlığı altında rus ordusu Podolska geri çəkilirdi. Həmin gün Frankfurt-Maynda Yəhudi gettosundakı evində Rotşild Mayer Amşel evinin banisi yetmiş yaşında vəfat etdi, lakin təməlini oyduğu iş yaşayır və inkişaf edirdi —Rotşild qardaşlarının sərvəti və nüfuzu verdikləri  kredit məbləğləri sayəsində  artırdı.
 
Belə bir əfsanə gəzir ki, Natan  Vaterloo döyüşündə Napoleon üzərində qələbə barədə Londonda hamıdan qabaq xəbər tutub, lakin üzündə kədərli ifadə ilə birjaya gəlib və dövlət istiqrazlarını satmağa başlayıb. Bunu görən birja brokerləri ingilislərin və onun müttəfiqlərinin məğlub olduqları qənaətinə gəliblər və qiymətli kağızları sataraq, onlardan dəyər-dəyməzinə canlarını qurtarmağa başlayıblar. Bunu qıraqdan izləyən hiyləgər Natanın agentləri dövlət istiqrazlarını ucuz qiymətə alıblar. Nəticədə, London Rotşildi bu əməliyyatdan 40 milyon funt sterlinq qazanıb. Lakin, bəzi tədqiqatçılar bu məlumatı inkar edirlər və Natanın qiymətli kağızları Vaterloo döyüşündən qabaq məğlubiyyətin hökm sürdüyü dövrdə aldığını qeyd edirlər.
Napoleon müharibələrindən sonra Avropada bərqərar olmuş sülh şəraiti də ailənin rifahının yaxşılaşmasına imkan yaratdı — müharibə nəticəsində müflis olmuş ölkələrə bərpa üçün kreditlər lazım idi. Minnətdar monarxlar-qaliblər qardaş-bankirlərə zadəganlıq titulu verdilər, Avstriya imperatoru II Frans isə Rotşildlərə baron titulunu verdi. Napoleon Avropanı silah və toplarla fəth etməyə çalışırdı, lakin uduzdu. Qədim dünya bank ailəsinin veksel və kreditlərinə tabe oldu.


Eləcə də bax: Azərbaycan səfiri Britaniya Kralından niyə borc istəmişdi? - TARİX
 
Dünyanın o biri üzü
On doqquzuncu yüzillik Rotşildlərin qızıl əsri idi. Avropa, və onunla birlikdə bütün dünya sürətlə dəyişirdi, Rotşildlərin bank şəbəkəsi sənaye müəssisələrinin, dəmir yollarının tikintisini, Süveyş kanalının Böyük Britaniya tərəfindən alınmasını, Rusiya imperiyasında (indiki Azərbaycanın ərazisində) neft yataqlarının işlənməsini maliyyələşdirirdi.
Rotşildlər Cənubi Afrikada almaz və qızılın axtarışında De Beers şirkətinin tərəfdaşı idilər. Onları hərbi münaqişələrə kömək etməkdə ittiham edirlər, məsələn, Paraqvayla Braziliyanın, Argentinanın və Uruqvayın dağıdıcı müharibəsi. Mayer Amşelin çoxsaylı nəsilləri cah-calalla və incəsənətlə, sarayların tikintisi və xeyriyyəçiliklə məşğul olmuşlar. Lakin, əsrin sonuna ailənin şöhrəti sönməyə başladı. Ola bilsin ki, onların özləri bunu istədilər, axı pul, məlum olduğu kimi, sakitliyi sevir, sol və sağ publisistlər isə bəşəriyyətin bütün bədbəxtliklərində bankirləri ittiham edirdilər.
 
İyirminci əsrdə Rotşildlər strukturları birləşmə və sahibolma üzrə irimiqyaslı sazişlərdə ixtisaslaşdırılmağa başladılar. Konspirasiya nəzəriyyəsinin tərəfdarları Rotşildləri Federal ehtiyat sisteminin (FES) sələfi olan Birləşmiş Ştatların İlk bankının ideoloji ilhamvericisi hesab edirlər. Sülaləni sistemin real sahiblərinin sırasına daxil edirlər. FES rəsmən ABŞ Konqresi tərəfindən təsdiq edilmiş, lakin özəl şirkətlər kimi təşkil edilmiş 12 federal ehtiyat banka məxsusdur.


Eləcə də bax: Yeni biznes: XXI əsrin yataqxanası - KOLİVİNQLƏR
 
Rotşildlər  Bakıda
Rotşildlər Azərbaycana məşhur «neft bumu» dövründə - XIX əsrin 80-ci illərində gəliblər. 1883-cü il mayın 16-da «Rotşild qardaşları» bank evi Bakıda «Xəzər –Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti» (qısaca «Xəzər – Qara dəniz cəmiyyəti») adlı yeni bir şirkət təsis edir. Bu şirkətə Bakının Balaxanı, Sabunçu, Ramana kəndlərində neftlə zəngin olan 19 desyatin torpaq sahəsi, habelə kerosin zavodu daxil idi. Dərhal aktiv fəaliyyətə başlayan şirkət tezliklə 135 xırda və orta müəssisədən Rusiyanın ucqarlarına və xarici ölkələrə göndərmək üçün əlverişli şərtlərlə kerosin alaraq öz əhatə dairəsini genişləndirir.
Rotşildlər müəssisələrdən kerosini sərfəli şərtlərlə alırdılar, ona görə də əgər 1884-cü ildə şirkətin Bakıdan xaricə apardığı neft məhsullarının həcmi 2,4 mln. pud olmuşdursa, 1889-cu ildə bu göstərici 30 mln. puda çatmışdı.
«Xəzər – Qara dəniz cəmiyyəti»nin yaradıcısı, 1868-ci ildən Paris bank evinə başçılıq etmiş baron Alfons Rotşild Parisdə çox məşhur bankir Ceyms Rotşildin oğlu idi. Fransa kralı Lui-Filip hökumətə göstərdiyi xidmətlərə görə Ceyms Rotşildi “Fəxri legion” zabiti elan etmişdi. Atasının ölümündən sonra Parisdəki bütün bank işlərini aparmağa başlayan Alfons dünya siyasətində mühüm rol oynayan nəhəng maliyyə kapitalı maqnatı olur. Fransa 1871-ci ildə Prussiya ilə müharibədə məğlub olandan sonra onun təzminatını məhz A.Rotşildin ödədiyini, bununla da Adolf  Tyeri Fransa hökumətinin başında məhz onun saxladığını qeyd etmək kifayətdir.


Eləcə də bax: Məşhur fırıldaqçı Frank Abangnala – BİZNES TARİXİ

Qafqazda ilk boru kəməri 
Çar hökuməti də A.Rotşildin vasitəsilə Fransada bir sıra istiqrazlar buraxdırırdı. Belə ki, Bakı ilə Batumu birləşdirən Zaqafqaziya dəmir yolunun inşası 1883-cü ildə məhz A.Rotşildin verdiyi istiqrazların sayəsində başa çatdırılıb. Nəticədə o, Bakının neft müəssisələrinə güzəştli sahiblik hüququ əldə etdi. Bu dəmir yolu Rusiya nefti üçün Qərbə yol açmaqla yanaşı, dünya neft bazarları uğrunda uzun (təxminən 30 il) və amansız mübarizənin təməlini qoyub. Təkcə 1884-cü ildə Zaqafqaziya dəmir yolu ilə təxminən 5,6 mln. pudluq müxtəlif neft məhsulları daşınıb.
Zaqafqaziya dəmir yolu salındıqdan sonra isə Bakı–Batum neft kəməri ideyası ortaya çıxdı. Xəzər-Qara dəniz boru kəmərinin tikintisi ideyasını amerikalı Herbert Tvedl ortaya atmışdı. Məşhur milyonçular H.Z.Tağıyev, İ.P.İlimov və S.İ.Bağırovla birlikdə A.Rotşild də bu ideyanı dəstəklədi. Belə ki, A.Rotşild bu məqsədlə Lion kredit cəmiyyətinin Peterburq şöbəsinin 4%-li daxili istiqraz kağızlarına 1mln. rubl yatıraraq tikintinin layihəsinin hazırlanması üzrə görkəmli alim mühəndis V.Q.Şuxovun işlərini maliyyələşdirib.
Nəticədə diametri 200 mm, uzunluğu 885 km olan və 16 nasos stansiyasından ibarət, o dövr üçün ən uzun magistral boru kəməri sayılan Bakı – Batum boru kəməri 10 il ərzində tikildi. Kəmərin rəsmi açılışı 1907-ci il iyulun 24-də baş tutdu. Qəbul üzrə hökumət komissiyası kəmərin inşasında fəal iştirakına görə Rotşildə minnətdarlıq bildirib. Bu kəməri əhəmiyyətinə görə, Parisdəki Eyfel qülləsi və Rusiyadakı Transsibir dəmir yolu ilə müqayisə edirdilər.

Daxili bazarı fəth etməyə can atan A.Rotşild Volqa boyu şəhərlərdə – Nijni Novqorodda, Samarada, Saritsında, Həştərxanda,həmçinin Baltikyanı, Belorus və Polşa kimi ölkələrdə “Xəzər – Qaradəniz cəmiyyəti”nin kontorlarını açırdı. A.Rotşildin təsis etdiyi “Mazut” şirkəti bu regionlara neft məhsulları daşıyırdı. 1898-ci ildə “Mazut” təkcə Xəzər dənizində 13 tankeri olan nəhəng daşıma şirkətinə çevrilmişdi.
Əgər 1883-cü ildə A.Rotşildin ilkin kapitalı 1,5 mln. rubl olmuşdusa, 1912–1913-cü illərdə bu kapital 10 mln. rublu keçmişdi.
A.Rotşildin şirkətinin uğurlu fəaliyyəti Bakıya fransız kapitalı ilə yanaşı, ingilis kapitalını (C.Vişau və b.) da cəlb etdi.
A.Rotşild ömrünün son günlərinədək Bakı neft biznesini öz nəzarəti altında saxlayıb. Vəfatından sonra isə Bakı ilə bağlı işlərlə onun kiçik qardaşı baron Edmont məşğul olmağa başladı.


Eləcə də bax: Təhsilini yarıda saxlayaraq milyarder olan iş adamları - Foto

Sovetlərin gəlişindən əvvəl "aradan çıxdılar"
Sovet hakimiyyəti qurulanda Bakı kommunasının 2 iyun1918-ci il tarixli dekreti ilə «Xəzər-Qara dəniz cəmiyyəti» və «Mazut» şirkətləri milliləşdirildi. Amma bunun Rotşildlərə ziyanı olmadı. Çünki onlar hələ 1912-ci ildə Rusiyadakı neft müəssisələrini «Royal Datç Şell» ingilis-holland trestinə sataraq əvəzində «Şell» şirkətinin sanballı səhm paketini əldə etmişdilər. Rotşildlər «Şell» firmasının Parisdəki bank müəssisəsinin də sahibinə çevrilmişdilər. I Dünya müharibəsinin başlayacağını vaxtında duyan Rotşildlər ehtiyatlı tərpənərək Oktyabr inqilabına bir neçə il qalmış bu bazarı tərk etdilər.
Rotşildlər Bakıda xeyriyyə və tikinti işləri ilə də məşğul olublar. Şirkətin pulu ilə Kaspiysk (indiki R.Behbudov) küçəsində tikilmiş sinaqoqun nəzdində pulsuz təhsil verən kişi və qadın texniki sənət məktəbləri, həmçinin şənbə günləri axşam sinifləri fəaliyyət göstərirdi. Hazırda bu binada R.Behbudov adına Mahnı Teatrı yerləşir.
Rotşildlər Bakıda - Ağ şəhərdə və Bayılda məktəb tikintisinə, həmçinin gözəl binaların inşasına böyük vəsaitlər xərcləyiblər. Hazırda həmin binalardan birində  Azərbaycan Dövlət İncəsənət Muzeyi yerləşir. Vaxtilə mühəndis N.A. fon der Nonnenin inşa etdiyi bu bina de Burun imarəti olub. “Xəzər – Qara dəniz cəmiyyəti”nin baş kontorunun binasını isə  1899-cu ildə mülki mühəndis K.B.Skureviç inşa edib. İndi həmin binada Respublika Baş Prokurorluğu fəaliyyət göstərir.
 
Vəsiyyətin icra edilməsi – yeni nəsil gəlir
Bakıdan sonrakı dövrdə Rotşildlərin biznesi çox genişlənib. Bu ilin 17 may tarixindən isə «Rothschild & Co» bankına Rotşildlər sülaləsinin yeddinci nəslinin nümayəndəsi – 37 yaşlı Aleksandr de Rotşild rəhbərlik edir. Aleksandr Rotşild – «Rothschild & Co»nun bankının hazırkı rəhbəri 75 yaşlı Devid Renenin yeganə oğlu  və Rotşildlər şəcərəsinin fransız budağının banisi - Yakovun birbaşa nəslindədir. Parisdə xarici ticarət üzrə Ali məktəbi  (ESCE International Business School) bitirdikdən sonra Aleksandr Nyu-Yorkda Bear Stearns bankında, həmçinin Londonda Argan Capital investisiya şirkətində təcrübə keçib. O, ailə biznesinə 2008-ci ildə qoşulub, dörd il əvvəl Rothschild & Co bankının ikinci şəxsi olub - direktorlar şurasının sədr müavini, yəni atası Devid-in müavini vəzifəsində çalışıb.

Ailədə dəyişiklik
Aleksandr rəsmən şirkətin sükanı arxasına keçdikdən sonra, Devid müşahidə şurasının sədri olaraq ona nəzarət edəcək. Le Monde qəzeti Rotşild nəsillərinin dəyişməsini bu cür şərh edir: "Uğur, bir az bilik həmişə ailədə əsas olmuşdur: karyerasının sonuna hər bir Rotşild həmişə ailənin ən yaxşı üzvünü seçərək öz yerinə təyin edirdi. Əgər bu cür şəxsi tapmaq mümkün olmurdursa, pisi seçmirdilər. Çünki əsas məsələ, işi yerinə yetirmək bacarığıdır".
Devid Rene Rotşild 40 ildən artıq ailə biznesini idarə etmiş, onun rəhbərliyi altında 2007-ci ildə Rotşildlər tayfanın Britaniya və fransız budaqlarını birləşdirmişlər. İndi dünyanın 40 ölkəsində 3,5 mindən artıq maliyyəçi özəl kapitalın idarə edilməsi, konsaltinq və kommersiya bankçılığı üzrə  xidmət göstərərək bu ailə üçün işləyir. Rothschild & Co maliyyə holdinqinin 48 faizi Rotşild ailələrinin üzvlərinə məxsusdur, və  10,3 faiz səhm Rotşildlərə yaxın ailələrə və ya tərəfdaşlara məxsusdur, yerdə qalan səhmlər isə birjada satılır. Şirkətin kapitallaşdırması 2,4 milyard avro təşkil edir, 2017-ci ildə gəlir - 1,9 milyard avro, xalis mənfəət - 247 milyon avro olub.

Dünyada tayı-bərabəri olmayan sülalə həmrəyliyi
Rotşildlər şirkətinin idarəçiliyi altında 74,8 milyard avro məbləğində aktiv mövcuddur. Reuters-in məlumatına görə, Rotşildlər birləşmə və sahibolma üzrə  sazişlərin maliyyə konsultantları arasında dünya reytinqində 12-ci yeri tuturlar - bu bazarın altı faizdən çoxu onlara məxsusdur. 2017-ci ildə ailənin nəzarəti altında olan strukturların iştirakı ilə 181 milyard dollar məbləğində 363 saziş bağlanıb.
Rotşildlər tayfasının gücü yalnız onun ayrı-ayrı nümayəndələrinin mükəmməl bacarığa malik olmalarında deyil, həmçinin sülalə həmrəyliyində, öhdəliklərin birmənalı şəkildə nəsildən-nəslə ötürülməsində və bacarıqlı işçilərin seçilməsindədir.
Ailə tənqidçiləri bir şeydə haqlıdırlar — onların fəaliyyəti indiki dünyanın formalaşmasına təsir göstərmişdir, əgər bütün dünyaya olmasa da, maliyyə sektoruna göstərdikləri təsir danılmazdır.

Banner
Banner
  • Rotşilld
  • biznes tarixi
  • əmlak tarixi
Paylaş

Digər xəbərlər

Masallıdan dünyaya – 17 yaşından Koreyaya köçüb - KARYERA VƏ BİZNES QURAN AZƏRBAYCANLI - UĞUR TARİXÇƏSİ
Biznes tarixi 13 Yan 2023
Masallıdan dünyaya – 17 yaşından Koreyaya köçüb - KARYERA VƏ BİZNES QURAN AZƏRBAYCANLI - UĞUR TARİXÇƏSİ
Dolların 0,78 olduğu vaxda 3500 dollar ilə iş qurdu - «Zəfəroğlu İnşaat»ın – BİZNES TARİXİ - VİDEO
Biznes tarixi 19 Dek 2022
Dolların 0,78 olduğu vaxda 3500 dollar ilə iş qurdu - «Zəfəroğlu İnşaat»ın – BİZNES TARİXİ - VİDEO
İlbiz və «maye qızıl» ixracçısı, stomatoloq qıtlığı və Avropaya bitişik Afrika ölkəsi – MƏRAKEŞİ TANIYAQ
Biznes tarixi 11 Dek 2022
İlbiz və «maye qızıl» ixracçısı, stomatoloq qıtlığı və Avropaya bitişik Afrika ölkəsi – MƏRAKEŞİ TANIYAQ
Hər il 30 min nəfərə treninq keçən satış mütəxəssisi – «Müdirlərə satış etmək çox asandır» - MÜSAHİBƏ
Biznes tarixi 6 Dek 2022
Hər il 30 min nəfərə treninq keçən satış mütəxəssisi – «Müdirlərə satış etmək çox asandır» - MÜSAHİBƏ
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: «Biznes üçün pulun 30 faizi varsa, qalan 70 faizini dövlət verir» - MÜSAHİBƏ
Biznes tarixi 28 Okt 2022
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: «Biznes üçün pulun 30 faizi varsa, qalan 70 faizini dövlət verir» - MÜSAHİBƏ
Dostoyevski, Abramoviç, Visbaden və …Tramp - KAZİNOLARIN QALMAQALLI TARİXİ
Biznes tarixi 14 Okt 2022
Dostoyevski, Abramoviç, Visbaden və …Tramp - KAZİNOLARIN QALMAQALLI TARİXİ
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: “Özümü gələcəkdə Azərbaycanda görürəm” – MÜSAHİBƏ
Biznes tarixi 25 Avq 2022
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: “Özümü gələcəkdə Azərbaycanda görürəm” – MÜSAHİBƏ
Sabahın hava proqnozu - AÇIQLANDI
Biznes tarixi 18 Avq 2022
Sabahın hava proqnozu - AÇIQLANDI
"Bir qəhvənin 40 il xətri var"... - Türkiyənin nəsildən nəsilə keçən - AİLƏ ŞİRKƏTLƏRİ
Biznes tarixi 23 İyul 2022
"Bir qəhvənin 40 il xətri var"... - Türkiyənin nəsildən nəsilə keçən - AİLƏ ŞİRKƏTLƏRİ
Milyarder ailənin CV ilə iş axtaran övladı...
Biznes tarixi 23 İyul 2022
Milyarder ailənin CV ilə iş axtaran övladı...
500 milyon dollarlıq «smaylik» biznesi - NECƏ YARANDI -  BİZNES TARİXİ
Biznes tarixi 16 İyul 2022
500 milyon dollarlıq «smaylik» biznesi - NECƏ YARANDI -  BİZNES TARİXİ
Dünyanın məşhur bankında yüksək vəzifə tutan azərbaycanlı - MÜSAHİBƏ
Biznes tarixi 25 İyun 2022
Dünyanın məşhur bankında yüksək vəzifə tutan azərbaycanlı - MÜSAHİBƏ
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı - 9 MİN NƏFƏRİ KEÇDİ
    19:34 8 Fev 2023
  • Ermənistanla İran Laçın və Qubadlıya - HÜCUMA HAZIRLAŞIR
    19:32 8 Fev 2023
  • "Bakcell"dən Türkiyəyə dəstək - XÜSUSİ AVADANLIQLAR GÖNDƏRDİ
    19:09 8 Fev 2023
  • Zəlzələdən zərərçəkənlərə ABB mobile-la yardım imkanı!
    19:01 8 Fev 2023
  • Türkiyədə zərərçəkənlərə humanitar yardım kampaniyasına - “CƏNUB TAXİ 1635” ŞİRKƏTİ DƏ QOŞULDU
    18:34 8 Fev 2023
  • DİQQƏT! AFAD-a ianə etmək üçün görüntüdə qeyd olunan addımları izləyin! - VİDEO
    18:06 8 Fev 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:58 8 Fev 2023
  • "Azərsu": "Şaxtalı günlərdə sıradan çıxan su sayğacları abunəçilərin hesabına əvəzlənəcək"
    17:51 8 Fev 2023
  • "Azdizayn Group" şirkəti - ŞİRKƏTİ MƏHKƏMƏYƏ - VERİLDİ - SƏBƏB
    17:44 8 Fev 2023
  • Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxil olan vəsait - AÇIQLANIB
    17:43 8 Fev 2023
  • Hatayda dəniz səviyyəsi qalxdı, sahildəki binalar boşaldıldı - FOTO
    17:38 8 Fev 2023
  • "Liqui Moly" satış mağazasına təcili işçi axtarır - VAKANSİYA
    17:34 8 Fev 2023
  • "Şimal Servis" bu qurumdan 900 min manatlıq – SİFARİŞ ALIR
    17:34 8 Fev 2023
  • Dövlət qurumu ofis icarəsi üçün fiziki şəxsə 426,9 min manat ödəyəcək
    17:27 8 Fev 2023
  • Təcili: Bəzi məhsullar gömrük rüsumundan azad edildi – YENİ QƏRAR
    17:24 8 Fev 2023
  • Unibank: Türkiyəyə ianə köçürmələrindən - VERGİ VƏ KOMİSSİYA TUTULMUR
    17:19 8 Fev 2023
  • Dövlət qurumu təmizlik işləri ilə bağlı - TENDER ELAN ETDİ
    17:18 8 Fev 2023
  • Dövlət Əmək Müfəttişliyi bina sahəsi - İCARƏYƏ GÖTÜRÜR
    17:12 8 Fev 2023
  • Naxçıvan DYP-yə yeni rəis - TƏYİN OLUNDU
    17:12 8 Fev 2023
  • Nazirlikdən pensiya artımı ilə bağlı - AÇIQLAMA
    17:03 8 Fev 2023
  • «STATUS Sığorta Brokeri» daha bir ili – ZƏRƏRLƏ BAŞA VURUB – KAPİTALI MƏNFİYƏ DÜŞÜB - HESABAT
    16:57 8 Fev 2023
  • “Azərpoçt” Türkiyədəki zəlzələ ilə bağlı AFAD-a edilən ianələrdən - KOMİSSİYA TUTMAYACAQ
    16:49 8 Fev 2023
  • Azərbaycan Dünya Bankı ilə potensial investisiya layihələrini müzakirə edib - FOTO
    16:39 8 Fev 2023
  • İnnovasiyalar Mərkəzi – AUDİTOR SEÇİR
    16:38 8 Fev 2023
  • İcra Hakimiyyəti Novruz bayramının keçirilməsi ilə bağlı - KOTİROVKA ELAN ETDİ
    16:29 8 Fev 2023
  • Ərdoğan İlham Əliyevə - TƏŞƏKKÜR EDİB
    16:29 8 Fev 2023
  • İlham Əliyev Türkiyəyə yardım ilə bağlı Administarasiya rəhbərinə - TAPŞIRIQ VERDİ
    16:24 8 Fev 2023
  • İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində bu şirkətə 5 milyonluq sifariş - TENDER NƏTİCƏSİ
    16:19 8 Fev 2023
  • "Bakı, Naxçıvan və digər şəhərlərdə çarpayılar ayrılıb, Türkiyədən xəstələri gətirməyə hazırıq"
    16:15 8 Fev 2023
  • Təmir işləri ilə bağlı – TENDER ELANI
    16:12 8 Fev 2023
  • Prezident: “SOCAR əlində olan bütün imkanlarla Türkiyəyə yardım etməyə çalışır və çalışacaq”
    16:10 8 Fev 2023
  • Azərbaycan Prezidenti: "Türkiyəyə həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcək"
    16:07 8 Fev 2023
  • İlham Əliyev Türkiyə səfirliyinə getdi - BAŞSAĞLIĞI VERDİ - YENİLƏNİB
    16:01 8 Fev 2023
  • Bakıda əhali ərzaq, içki və siqaretə 19 milyard manata yaxın - PUL XƏRCLƏYİB
    15:54 8 Fev 2023
  • “Azərkosmos” Agentliyi - TENDER ELAN ETDİ
    15:48 8 Fev 2023
  • 1 ayda 625 milyon dollardan çox gəlir
    15:48 8 Fev 2023
  • Malatyada - ZƏLZƏLƏ OLUB
    15:43 8 Fev 2023
  • Silsilə tədbirlərin təşkili ilə bağlı - TENDER ELANI
    15:40 8 Fev 2023
  • AccessBank-dan - TÜRKİYƏYƏ DƏSTƏK
    15:32 8 Fev 2023
  • Nazirlik dəftərxana ləvazimatları kartriclər alır - TENDER ELANI
    15:31 8 Fev 2023
  • Türkiyəli nazir: "Dağılan binaların tikintisində səhlənkarlığa yol verənlər həbs ediləcəklər"
    15:27 8 Fev 2023
  • Ərdoğan zəlzələ bölgəsindədir - Hər ailəyə - 10 MİN DƏSTƏK - 1 İLƏ YENİ BİNALAR TİKİLƏCƏK
    15:20 8 Fev 2023
  • Azərbaycan Banklar Assosiasiyasının – Türkiyədəki Zəlzələ ilə bağlı Bəyanatı
    15:17 8 Fev 2023
  • Ərdoğan zəlzələdən zərərçəkənlərə - Maliyyə Yardımı ediləcəyini Bildirib
    15:14 8 Fev 2023
  • Dövlət agentliyi 9 260 litr benzin alır - KOTİROVKA SORĞUSU
    15:08 8 Fev 2023
  • Türkiyədə zəlzələdən zərər görənlər üçün yardım kampaniyası Bakıda iki ünvanda - TƏŞKİL EDİLİB
    15:08 8 Fev 2023
  • Ceyhan limanında gəmilərə neft yüklənməsi – BƏRPA EDİLDİ
    15:05 8 Fev 2023
  • Agentliyin yeni idarələri yaradıldı – İşçi sayı 2 qat artdı – FƏRMAN
    15:01 8 Fev 2023
  • Türkiyə Prezidenti: "Zəlzələdə 8574 nəfər həlak olub, 49 133 nəfər yaralanıb"
    14:58 8 Fev 2023
  • İlham Əliyev Türkiyə səfirliyinə getdi - BAŞSAĞLIĞI VERDİ
    14:54 8 Fev 2023
  • İcbari tibbi sığortada mühüm yenilik 2024-cü ilə qaldı - MÜŞTƏRƏK MALİYYƏLƏŞMƏ – PREZİDENTDƏN FƏRMAN
    14:47 8 Fev 2023
  • Ədliyyə Nazirliyinin Pentensiar Xidməti – TENDER ELAN ETDİ
    14:45 8 Fev 2023
  • Qarabağ Regional Turizm İdarəsi yaradılıb - FƏRMAN
    14:44 8 Fev 2023
  • Azərbaycanda minimum əmək pensiyası 280 manat oldu - FƏRMAN
    14:41 8 Fev 2023
  • “Aynur-119” şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:37 8 Fev 2023
  • Son 1 ildə Bakıda orta əmək haqqı - 130 MANAT ARTIB
    14:34 8 Fev 2023
  • “Habako Konstrakşn” şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:30 8 Fev 2023
  • Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması - QAYDASI HAZIRLANACAQ
    14:28 8 Fev 2023
  • Türkiyənin Bakıdakı səfirliyi Azərbaycan vətəndaşlarına - MÜRACİƏT ETDİ
    14:25 8 Fev 2023
  • Vergi Xidməti: "Türkiyəyə bank ödənişlərindən ƏDV tutulmur"
    14:17 8 Fev 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!