ABŞ-ın ən varlı məhəlləsi olan Atherton-da orta illik gəlir 500 min dolları keçərək 525 min dollara çatıb. Silikon Vadisinin milyarderlərini qəbul edən məhəllədəki ən ucuz ev təxminən 2,5 milyon dollardır.
Eləcə də bax: ABŞ-da Azərbaycan İnnovasiyalar Evi - AÇILIB
Bloomberg, 2020-ci ildə dünyanın ən varlı məhəllələrinin siyahısını açıqlayıb. Kaliforniyanın Silikon Vadisi yaxınlığındakı Atherton məhəlləsində bir nəfərə illik gəliri 525 min 324 dollar olmaqla dördüncü ildir ki, ABŞ-ın ən zəngin məhəlləsi oldu.
2017-ci ildən bəri yayımlanan indeks ilk dəfə bir məhəllədə adambaşına illik 500 min dolları keçib.
İllik gəliri 500 min dollar olanlar da Silikon Vadisindəki şirkətlərdə top menecerlərin və ya patronların yaşadığı bu məhəllədə orta səviyyədən aşağıda qaldılar.
Lüks idman avtomobilləri, hovuz villaları və tennis meydançaları ilə diqqəti cəlb edən milyarderlərin yaşadığı Athertonda ən ucuz evin qiyməti 2,5 milyon dollar təşkil edir.
Silikon Vadisindən 20 dəqiqəlik, San-Fransiskodan isə 45 dəqiqəlik məsafədə yerləşən Athertonda ev sahibi olanlar arasında NBA komandası Golden State Warriors super ulduzu Stiven Curry, Google’un keçmiş baş direktoru Eric Schmit, Facebook’un Əməliyyat direktoru Sheryl Sandberg və Microsoft’un həmtəsisçisi Pol Allen var.
ABŞ-da bahalı məhəllələrin siyahısında sonrakı yerləri bu ərazilər tutur:
Skarsdeyl məhəlləsi - Nyu-York yaxınlığında, Manhettendən 40 kilometr məsafədə - 452 min dollar,
Xillsboro məhəlləsi – Kaliforniyada San-Fransiskodan 30 kilometr məsafədə - 431 min dollar
Cherry Hills Village – Kolorado ştatında, Denver ətrafında – 406 min dollar
«Los Altos Hills – Kaliforniyada, Silikon Vadisisində – 405 min dollar.