1992-ci ildə Albukerke sakini 79 yaşlı Stella Libek nəvəsi ilə yerli McDonalds restoranlar şəbəkəsinin nəqliyyat vasitələri üçün nəzərdə tutulan hissədən 49 sentə qəhvə sifariş edir.
FED.az xəbər verir ki, Libek öz qəhvəsinə qaymaq və şəkər əlavə etmək üçün qəhvə fincanını dizlərinin arasına qoyaraq onun qapağını açmağa çalışır, lakin, bu zaman fincanın içindəki qəhvə onun üstünə dağılır. Üzərindəki paltarın parçası pambıq tərkibli olduğundan qaynar qəhvə paltarına tam hopur və bununla da dərisinin yanığı daha da şiddətlənir.
Xəstəxanaya aparılan Libekin dərisinin 6% hissəsində 3-cü dərəcəli, 16% hissəsində isə xırda yanıqlar təsbit edilir. O səkkiz gün xəstəxanada qalmalı olur və həmin müddət ərzində dəri nəqli əməliyyatı keçirir.
Xəstəxanadan ayrıldıqdan sonra Libekin 3 həftə xüsusi qulluğa ehtiyacı olduğundan onun qızı işdən ayrılır və anasının yanında qalır.
1994-cü ildə Libek McDonalds restoranlar şəbəkəsini məhkəməyə verir və tələb olaraq 20000 ABŞ dolları məbləğində xəstəxana xərclərinin, həmçinin qızının itirdiyi gəlirin kompensasiya olunmasını tələb edir. Lakin McDonalds həmin vəsaiti ödəməkdən imtina edir və cəmi 800 dollar verə biləcəyini bildirir.
Bir neçə uğursuz cəhddən sonra Libek belə məsələlərdə məşhur olan vəkil Rid Morqana müraciət edir. O vaxta qədər sözügedən vəkil təxminən belə hadisələrə görə «Makdonalds»a 27,5 min dollar və 230 min dollar kompensasiya almağa nail olmuşdu. Araşdırma zamanı 1982-1992-ci illər ərzində qəhvə yanığına dair McDonalds restoranlar şəbəkəsinə qarşı 700 iddianın qaldırıldığı və onların arasında yanığın 3-cü dərəcəli olduğu hallarda aşkar edilmişdir.
Libekin vəkilləri bu məlumatları istifadə edərək təşkilatın qəhvənin istilik dərəcəsi ilə bağlı risklərdən məlumatlı olduğunu sübuta yetiməyə və səhlənkarlıq əsasları ilə məhkəməyə müraciət etdilər.
Vəkillər iddia edirdilər ki, əgər restoran «Makdonalds» kofenin temperaturunu 80 dərəcədən 70 dərəcəyə endirsəydi, üstünə kofe dağılanların yanıqdan xilas olmaq üçün bir neçə saniyə artıq vaxtı qalardı. Məhkəməyə qədər Morqan qarşı tərəfə əvvəlcə 90 min dollar, sonra isə 300 min dollar ödəməyi təklif edib ki, iş məhkəməy çıxmasın. Amma «Makdonalds» bu təklifləri rədd edib. Şirkət bu qərarının mənfi nəticəsini artıqlamasıyla ödəyib.
Andlılar Məhkəməsi nəticədə Libekə dəymiş ziyana görə 160 000 ABŞ dolları məbləğində kompensasiyanın ödənilməsinə və təşkilatın 2,7 mln ABŞ dolları məbləğində cərimə olunmasına dair qərar qəbul etmişdir. Lakın qəhvənin istilik dərəcəsinin düzgün ölçülmədəyi müəyyən edildikdən sonra cərimə məbləği 480 000 ABŞ dollarına endirilib.
Azərbaycan Respublikasında bu kimi hallar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla tənzimlənir.
Mənbə: FED.az, «Ensis Hüquq» şirkəti