Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 17 milyon 540,7 min dollar dəyərində 680 yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib.
Azərbaycanda avtomobil istehsalı azaldı – 500 ədəd daha az istehsal edilib
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, elektromobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 879 ədəd (2,3 dəfə), ona çəkilən xərc isə 30 milyon 670 min manat (2,7 dəfə) azalıb.
Hesabat dövründə ölkəyə idxal olunan elektromobillərin birinin orta qiyməti 25 min 795 dollar (43 min 852 manat) olub. Bu, illik müqayisədə 5 min 129 dollar (8 min 719 manat) (16,6%) daha azdır.
Xatırladaq ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda xaricdən 48 milyon 210,7 min dollar dəyərində 1 559 elektromobil gətirilmişdi. Bir elektromobilin orta qiyməti 30 min 924 dollar (52 min 571 manat) olmuşdu.
Qeyd edək ki, hesabat dövründə Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb.
Son nəticədə xarici ticarətdə 10 milyard 519 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,7 dəfə çoxdur.













