Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 1 milyard 132,2 milyon dollarlıq 57 min 275 avtomobil idxal olunub.
Azərbaycanda avtomobil istehsalı azaldı – 500 ədəd daha az istehsal edilib
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ ifadəsində 472,8 milyon dollar (29,5%), miqdar ifadəsində 27 min 982 ədəd (32,8%) azalıb.
Hesabat dövründə idxal olunan avtomobillərin orta qiyməti 19 min 768 dollar (33 min 606 manat) olub ki, bu da, illik müqayisədə 942 dollar (1 601 manat) (5%) daha bahadır.
Xatırladaq ki, 2025-cii lin ilk 9 ayında ölkəyə 1 milyard 605 milyon dollar dəyərində 85 min 257 ədəd avtomobil gətirilib. Bu avtomobillərin birinin orta qiyməti 18 min 826 dollar (32 min 4 manat) olmuşdu.
Qeyd edək ki, hesabat dövründə Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb.
Son nəticədə xarici ticarətdə 10 milyard 519 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,7 dəfə çoxdur.













