2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycana idxal edilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 32,8% azalıb.
Elektromobillərə maraq azalır – İDXAL 2,3 DƏFƏ AZALIB, QİYMƏT DÜŞÜB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə 57 275 avtomobil idxal olunub. 2025-ci ilin ilk 9 ayında bu göstərici 85 257 idi. Beləliklə, idxal 27 982 ədəd azalıb.
Avtomobillərin ümumi idxal dəyəri isə 1 milyard 605 milyon dollardan 1 milyard 132,2 milyon dollara enib.
Minik avtomobillərinin idxalı 78 205 ədəddən 50 898 ədədə düşüb.
Xüsusilə elektrik mühərriki ilə işləyən avtomobillərin idxalında azalma diqqət çəkir. Tam elektrik avtomobillərinin sayı 1 559-dan 680-ə enərək 56,4% azalıb.
Xarici mənbədən enerji doldurulan hibrid avtomobillərin idxalı 31 873-dən 11 621-ə, xaricdən enerji doldurulmayan hibridlərin idxalı isə 12 555-dən 5 174-ə düşüb.
Bununla yanaşı, xüsusi təyinatlı avtomobillərin idxalı 370-dən 467-yə yüksəlib.













