Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 3000-3500 MANAT- VAKANSİYA
Azərbaycan Kredit Bürosu işçi axtarır - VAKANSİYA
"AZINTELECOM" işçilər axtarır - VAKANSİYALAR
"Xalq Bank" işçilər axtarır - VAKANSİYALAR
"Veysəloğlu-Rossmann" işçilər axtarır - VAKANSİYALAR
"Nurgun Holding" işçilər axtarır - VAKANSİYALAR
"Port Baku Walk" işçi axtarır - VAKANSİYA
Emin Ağalarovun şirkəti işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA
"Xaqani Ticarət Mərkəzi" işçi axtarır - VAKANSİYA
"A+A Security" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
Biznes-analitika şöbəsinin mütəxəssisi
Son tarix 22 sen 2023 Müraciət et
Təsvir:
- 
	
Bank məhsulları haqqında biliklərə sahib olmaq;
 - 
	
Bank modulları (FlexCube arzu olunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi;
 - 
	
Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığına malik;
 - 
	
Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak təcrübəsi;
 - 
	
Verilənlər bazasının (SQL) sorğulanması üzrə biliklərin olması;
 - 
	
Xarici dil biliklərinə sahib (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində) olmaq;
 - 
	
Web servis üzrə biliklərə sahib olmaq arzuolunandır: Arxitektura növü (Rest/Soap), APİ Server-lərin sorğulanması bacarığı, Sorğulama formatları (JSON / XML) barədə anlayışa malik olmaq.
 
Tələblər:
- 
	
İnformasiya Texnologiyaları üzrə magistr dərəcəsində ali təhsil;
 - 
	
Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
 - 
	
Biznes proseslər üzrə texniki sənədin (istifadəçi və texniki səviyyədə-use case) hazırlanması;
 - 
	
Biznes proses üzrə minimal test planların və test ssenarilərinin hazırlanmasında iştirak;
 - 
	
Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
 - 
	
Dəyişiklik edilmiş Biznes prosesin test mərhələsində Sifarişçiyə və Bank Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
 - 
	
Biznes prosesin Proqramlaşdırma komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi;
 - 
	
Analiz zamanı hesabat hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
 - 
	
Tələblərin toplanması və təhlili, xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması.
 
Layihələrin idarə edilməsi şöbəsinin mütəxəssisi
Son tarix 22 sen 2023 Müraciət et
Təsvir:
- 
	
Layihənin planlaşdırılmasında dəstəyin göstərilməsi (tapşırıqların düzgün formalaşdırılması, insan və vaxt resurslarının səmərəli təşkili, digər zəruri olan bəndlərin mövcudluğuna nəzarət);
 - 
	
Layihə komandası ilə işin təşkili və komandanın koordinasiyası;
 - 
	
Layihənin gedişatında yaranan çətinliklərin araşdırılması və onların həlli üçün dəstəyin göstərilməsi;
 - 
	
Bütün layihə sənədlərinin (layihənin nizamnaməsi, tədbirlər planı, layihə görüşlərinin protokolları, layihəyə dəyişiklik haqqında cədvəl, layihə haqqında yekun hesabat) müvafiq tələblərə uyğun olmasının təmin edilməsi;
 - 
	
Layihə proseslərinin və nəticələrinin izlənməsi və digər tapşırıqların yerinə yetirilməsi;Maraqlı tərəflər üçün layihənin statusu haqqında hesabatların hazırlanması;
 - 
	
İşəgötürən tərəfindən gündəlik olaraq verilən digər müvafiq tapşırıqların yerinə yetirilməsi.
 
Tələblər:
- 
	
Ali magistr təhsili;
 - 
	
Ən azı 2 il müvafiq sahə üzrə iş təcrübəsi;
 - 
	
Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
 - 
	
Bank qanunvericiliyi barədə biliklərə sahib olmaq arzuolunandır;
 - 
	
Texniki tapşırıq və sınaq testlərinin (test case) hazırlama bacarıqları;
 - 
	
Peşəkar səviyyədə MS Office proqramlarında işləmə bacarığı (Word, Excel, PowerPoint və Outlook);
 - 
	
Layihə idarə edilməsində istifadə olunan hər hansı proqram təminatında iş təcrübəsi;
 - 
	
Layihə idarəedilməsi sahəsində sertifikatların olması arzuolunandır;
 - 
	
Komanda işi və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
 - 
	
Ünsiyyətcil, təşəbbüskar, təqdimat bacarığı;
 - 
	
Rus və ingilis dillərini bilmək arzuolunandır.
 
Şəbəkənin idarə edilməsi şöbəsi – Şəbəkə inzibatçısı (Cisco)
Son tarix 22 sen 2023 Müraciət et
Təsvir:
- 
	
Şəbəkə avadınlıqlarının müntəzəm olaraq monitorinqi;
 - 
	
Şəbəkədə yaranan problemlərin qisa müddətdə analizi və problemin aradan qaldırılması;
 - 
	
Şəbəkədə edilən dəyişiliklərin və problemlərin qeydiyyatının aparılması;
 - 
	
Şəbəkə dayanıqlığın təmin edilməsi və lazımı tədbirlərin görülməsi;
 - 
	
Şəbəkə avadanlıqlarında OS-lərin ən son stabil versiyaya uyğun olaraq yenilənməsi və yoxlanılması;
 - 
	
Şəbəkə avadanlıqların müntəzəm olaraq konfiqurasiya backup-larının alınması;
 - 
	
İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi;
 - 
	
24/7 mövcudluğu;
 - 
	
Şirkətin İT siyasətinə uyğun olaraq daima özünü inkişaf etdirməlidir;
 - 
	
informasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflər hazırlaması.
 
Tələblər:
- 
	
Sahə üzrə iş təcrübəsi ən azı 3 il;
 - 
	
İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları üzrə ali təhsil;
 - 
	
CCNA, CCNP Routing and Switching, sertifikatlarına sahib olması arzuolunandır;
 - 
	
Cisco istehsalçı firmalarının məhsulları haqqında bilik və təcrübə;
 - 
	
LAN, WAN və WLAN şəbəkələri və IT infrastrukturunun dizaynı, quraşdırılması və idarəedilməsi, yaranan problemlərin aradan qaldırılması;
 - 
	
Şəbəkə avadanlıqların (Cisco FirePower, Router, Switch, Access Point, Wireless Controller v.s) təhlükəsizlik qaydalarına uyğun formada hazırlanması və idarəedilməsi;
 - 
	
Şəbəkə texnologiyaları və protokollar ilə işləmək bacarığının olması (SD-WAN, SDN, SD-Access, Ethernet, Wireless, QoS, STP, EtherChannel, P2P, SİP, HSRP, VRRP, GLBP, İPSec, GRE, İPS/İDS, VPN, TCP/IP, DHCP v.s);
 - 
	
Static və Dynamic routing protokollari ilə işləmək bacarığı (EIGRP, OSPF, BGP) ;
 - 
	
İP telefoniya (VoİP) sisteminin idarəedilməsi və yaranan problemlərin aradan qaldırılması;
 - 
	
VPN texnologiyaları ilə işləmək bacarığı (Site-to-Site, Remote Access, DMVPN);
 - 
	
Təhlükəsiz şəbəkə girişinin idarəedilməsinin təmin edilməsi üçün ISE (Identity Services Engine) və TACAS, RADİUS kimi protokollar ilə işləmək bacarığı;
 - 
	
L2-L3 şəbəkə təhlükəsizliyin təmin edilməsi (PortSecurity, ARP İnspection, DHCP Snooping, Port ACLs (PACLs), VLAN ACLs (VACLs), Standart, Extended ACLs v.s);
 - 
	
İngilis və rus dilləri üzrə biliklər:
 - 
	
ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
 


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







