Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 3000-3500 MANAT- VAKANSİYA
Azərbaycan Kredit Bürosu işçi axtarır - VAKANSİYA
"AZINTELECOM" işçilər axtarır - VAKANSİYALAR
"Xalq Bank" işçilər axtarır - VAKANSİYALAR
"Veysəloğlu-Rossmann" işçilər axtarır - VAKANSİYALAR
"Nurgun Holding" işçilər axtarır - VAKANSİYALAR
"Port Baku Walk" işçi axtarır - VAKANSİYA
Emin Ağalarovun şirkəti işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA
"Xaqani Ticarət Mərkəzi" işçi axtarır - VAKANSİYA
"A+A Security" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
Nurgun Holding
Daxili Auditor
Son tarix 22 sen 2023 [email protected]
Tələblər:
- Ali təhsil; (iqtisadi və ya hüquqi)
- Kompüter bilikləri,1C Proqramını və MS Office yüksək səviyyədə bilmək;
- Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili biliyi arzuolunandır)
- Yaş həddi 25-40
- İş təcrübəsi min.2 il;
- 5 günlük iş qarfiki
İş barəsində:
- Təhlil aparmaq bacarığı; ünsiyyətcil və komanda ilə işləmə bacarığı
- Azərbaycan Respublikasının Qanunlarını və qanunvericilik aktlarını bilmək, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) və Audit Standartları haqqında anlayış;
- Risklərin idarəolunmasına dair biliklərə malik olmaq;
- Audit nəticələri, verilmiş tövsiyələrlə bağlı hesabatların hazırlanması və yazılması bacarığı;
- Hazırda qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə və normativ xarakterli aktlarına və göstərişlərinə riayət olunması vəziyyətinin yoxlanılması;
- Uçot məlumatlarının adekvatlığını və düzgünlüyünü təmin etmək üçün sistem və prosedurlara nəzarət;
- Audit planları əsasında struktur bölmələrdə daxili audit yoxlamalarını aparmaq, aşkar olunmuş nöqsan və çatışmazlıqlarla bağlı tövsiyələr vermək, onların aradan qaldırılması barədə tədbirlər planını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Audit olunan sahələrdə mövcud riskləri müəyyən etməli və onların təhlilini aparmalı;
- Şirkətin bütün struktur bölmələrinə (satış, istehsalat və s.) fasiləsiz səmərəli nəzarət etməli.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "Auditor" yazmaqla göndərə bilərlər
Brend menecer
Son tarix 22 sen 2023 [email protected]
İş barəsində:
- Satışın təhlilini həyata keçirir, məhsulların hədəf seqmentlərini müəyyən edir;
- Effektiv srateji marketinq və brendinq planları hazırlayıb həyata keçirmək yolu ilə brendin satışına təsir etmək;
- Potensial müştərilər üçün məhsulların təqdim olunmasını, tematik seminarların keçirilməsini təşkil edir;
- Məhsulların qiymət siyasətini hazırlayır, satış şərtlərini müəyyən edir;
- Satışın həcmini proqnozlaşdırır və proqnozlara uyğun məhsul sifariş edir;
- Biznes tərəfdaşlarla danışıqların və yazışmaların aparılmasını həyata keçirir;
- Rəqiblərin qiymət siyasətini, bazar payını, satış aktivliyini araşdırır və görülən işlər barədə rəhbərliyə hesabat hazırlayır;
- Brendlərin inkişafı üzrə yeni təkliflər irəli sürmək
Tələblər:
- Ali iqtisadi təhsil (marketinq, brend menecment üzrə təhsil alan, təlim və kurslardan sertifikat qazananlara üstünlük veriləcək);
- Sürücülük vəsiqəsi;
- Dil bilikləri (rus və ingilis);
- FMCG sektorunda iş təcrübəsi olmalı;
- Analiz bacarığı;
- Üstün kompüter bilgiləri (MS Office) olmalı;
- Yüksək ünsiyyət bacarıqları;
- İnkişafa meyilli, məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı;
- Yaş həddi 25-35 arası.
- 5 günlük iş qrafiki
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "Brend menecer" yazmaqla göndərə bilərlər.
Satış nümayəndəsi
Son tarix 22 sen 2023 [email protected]
İş haqqında məlumat:
- Şirkətin idxal etdiyi və yerli istehsalı olan ərzaq və qeyri-ərzaq mallarının satışını təşkil etmək;
- Təyin olunan marşrut üzrə vaxtlı-vaxtında müştəriləri ziyarət etmək və sifarişlər götürmək;
- Təyin olunmuş satış planlarının icrası;
- Müştərilərdən ödənişlərin toplanması;
- Yeni məhsulların ticarət nöqtələrində təqdimatı;
- Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi;
- Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
- Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək.
Tələblər:
- Ali təhsil;
- Sürücülük vəsiqəsi və şəxsi avtomobil;
- Satış sahəsində ən azı 1-3 il iş təcrübəsi;
- Satışları təhlil etmək bacarığı;
- Bakı şəhərinin satış nöqtələrini yaxşı tanımalı;
- Bakı şəhərində qeydiyyatda olmalı;
- Kompüterdə sərbəst işləmək bacarığı;
- Yaxşı ünsiyyət və yaxşı təqdimat bacarıqlarına malik olmalı;
- İnkişafa meyilli;
- Öz üzərində işləyən;
- Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı
- Yaş həddi 25-35 arası
Digər məlumatlar:
- yüksək karyera imkanları;
- iş saatları: 09:00-dan 18:00-dək;
- 5 günlük iş qrafiki;
CV göndərərkən mövzu qismində " Satış nümayəndəsi" sözünün yazılması mütləqdir!
Qeyd: Şəxsi avtomobilin olması mütləqdir.