Dövlət qurumu işçilər axtarır - MAAŞ 2000-2500 MANAT - VAKANSİYALAR
Emin Ağalarovun şirkəti işçi axtarır - MAAŞ 2000 MANAT - VAKANSİYA
Azərbaycanda neft-qaz şirkəti işçi axtarır - VAKANSİYA
"Express Bank" işçi axtarır - VAKANSİYA
"Aztelekom" işçilər axtarır - VAKANSİYALAR
"Azerlotereya" işçilər axtarır - VAKANSİYALAR
"General Supply" işçi axtarır - MAAŞ 1800 MANAT - VAKANSİYA
"USG MMC" işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
"Xalq Bank" işçi axtarır - VAKANSİYA
"Unibank" işçi axtarır - VAKANSİYA
Unibank
Daxili Auditor
Son tarix 20 iyl 2023 - Müraciət et
Təsvir:
- İllik audit planına uyğun və ya plandankənar qaydada audit layihələrinin icrası;
- Proses və struktur bölmələri üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin təhlili, qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsi;
- Audit müşahidəsi və tövsiyələrin yer aldığı audit hesabatlarını hazırlamaq;
- Daxili audit tövsiyələrinin icra səviyyəsini qiymətləndirmək;
- Daxili audit fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək;
- Rəhbərlər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali iqtisadi və ya hüquqi təhsil və ya digər ixtisas üzrə ali təhsil və audit yaxud əlaqədar sahələrdə dörd illik iş stajı;
- Daxili Audit, risklərin idarə edilməsi, daxili nəzarət və ya maliyyə istiqamətində biliklərin olması;
- Azərbaycan Respublikasında Bankların fəaliyyətinə dair qanun və normativ sənədlərə dair biliklərə malik olması;
- Azərbaycan dilini sərbəst bilməli (rus və ingilis dili arzu olunandır);
- Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı;
- Microsoft Ofis proqramları ilə sərbəst işləmək bacarığı;
- Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
- Stressə davamlılıq;
- Analitik və kritik düşünmə bacarığı;
- Vətəndaş qüsursuzluğu.