Dövlət qurumu işçilər axtarır - MAAŞ 2000-2500 MANAT - VAKANSİYALAR
Emin Ağalarovun şirkəti işçi axtarır - MAAŞ 2000 MANAT - VAKANSİYA
Azərbaycanda neft-qaz şirkəti işçi axtarır - VAKANSİYA
"Express Bank" işçi axtarır - VAKANSİYA
"Aztelekom" işçilər axtarır - VAKANSİYALAR
"Azerlotereya" işçilər axtarır - VAKANSİYALAR
"General Supply" işçi axtarır - MAAŞ 1800 MANAT - VAKANSİYA
"USG MMC" işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
"Xalq Bank" işçi axtarır - VAKANSİYA
"Unibank" işçi axtarır - VAKANSİYA
Aztelekom
Energetika şöbəsinin müdiri
Son tarix 16 iyl 2023 [email protected]
Sumqayıt, Masallı, Şamaxı, Ağdaş və Şirvan şəhərləri.
Əsas vəzifə və öhdəlikləri:
- Şöbə müdirinin əsas öhdəliyi birbaşa rəhbərin nəzarəti altında regional filal üzrə enerji sistemlərinin İstismarı prosesinə aid olan bütün sənədləri Departament və “Aztelekom MMC-nin texniki deparatmentin Energetika şöbə rəhbərinin (bundan sonra Baş idarənin TD/ EŞ-si) təsdiqi ilə yaradıb, daim təkmilləşdirməyindən və onlara riayət edilməsindən, şəbəkənin istismarı asan olan müasir texnoloji avadanlıqlarla təkmilləşdirilməsindən və istismar proseslərinə riayət edilməsindən ibarətdir;
- Şəbəkədə istismarda olan texnoloji avadnlıqların profilaktik iş planlarını hazırlayır Departament və Baş idarənin TD/ EŞ rəhbəri ilə razılaşdırır və icrasına nəzarəti təmin edir.
- Enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normalardan kənara çıxmamasını təmin edir. Enerji kəsintisi ilə əlaqəli yaranan vəya ehtimal olunan qəzaların aradan qaldırılması ilə əlaqədar olaraq 7 gün / 24 saat iş zamanına uyğun fəaliyyətinin təmini; (əmək qanunvericiliyə uyğun olunmaqla iş saatlarının əvəz olunması vəs. təmin edilməklə);
- Baş idarənin TD/ EŞ daxil olmuş istəyə uyğun olaraq yeni elektrik avadanlığının quraşdırma və digər enerji işlədici avadanlıqlara elektrik bağlantıların verilməsinin təşkili;
- Elektrik sayğacı- texniki şərtin alınması, quraşdırılmasına nəzarət, aktlar, metodiki hesabatlar, sayğacın düzgün işləməsinə nəzarətin təmini, hesabatların Departament və Baş idarənin TD/ EŞ-nə təqdim edilməsi;
- AC və DC qoşuntusu verilmiş digər şirkətlərin enerji sərfiyyatını müqaviləyə, ayrılmış limitə uyğun təmin edilməsi, hesabatların Departament və Baş idarənin TD/ EŞ-nə təqdim edilməsi;
- “Şöbə müdiri”, işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;
- Şöbəsinin fəaliyyəti ilə bağlı rüblük, yarımillik və illik işini təhlil edir və müəyyən olunmuş qaydada birbaşa rəhbərinə hesabat təqdim edir;
- Şöbələr üzrə EQQ-rının əsaslı təmirə ehtiyyac olduqda filal energetika şöbəsindən əlavə mütəxəssisin cəlb olunması və ya sıradan çıxan detalın təmirinin təşkil edilməsi ilə əlaqəli Departament və Baş idarənin TD/ EŞ-nə təkliflərin tədim olunması.
- Rabitə avadanlıqlarının soyutma sistemlərinin dayanıqlı istismarı və baxımın təşkili;
- Torpaqlanma sistemlərinin baxımı və istismarının təşkili. Təlimata uyğun olaraq torpaqlanma müqavimətinin ölçülməsi və hesabatın verilməsi;
- Bina təsərrüfatlı elektrik sistemləri - İstismarı, proflaktikası, təmiri, yeni elektrik qoşulmalarının təşkili;
- Müxtəlif tip, texniki parametrə malik akkumulyatorların İstismarı, proflaktikası, təmiri. Dayanıqlı enerji təminatı ilə əlaqəli təkliflərin verilməsi;
- Dizel-Generator şəbəkəsində istismarda olan texnoloji avadanlıqlar üçün profilaktik iş planları, cari təmir planlarını işləyib hazırlayır, Departament və Baş idarənin TD/ EŞ rəhbəri ilə razılaşdırır və icrasını təmin edir.
- Şöbənin fəaliyyətinin keyfiyyətinin artırılması məqsədi ilə, tabeçiliyində olan personala dəstək olur;
Kvalifakasiya üzrə tələblər və bacarıqlar:
- Energetika və ya Rabitə və İnformasiya Texnologiyaları sahəsində Ali Təhsilli
- Energetika üzrə ən azı 4 il təcrübəsi olmalıdır;
- Rəhbərlik üzrə ən azı 3 il əmək stajına malik olmalıdır;
- Qida qurğuları avadanlıqlarının istismar Təlimat və Qaydalarını, stuktur sxemlərini və digər istismar Təlimat və Qaydalarını bilməlidir.
- Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqların texniki xarakteristikalarını, elektrik, montaj, prinspial və funksional sxemlərini, konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini bilməlidir;
- Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqlarda baş vermiş zədələnmələrin aradan qaldırılması üçün texniki personalın istifadə etdiyi mövcud istismar təlimatlarını mükəmməl bilməlidir
- Şəbəkənin layihələndirilməsini bilməlidir. Şəbəkənin layihə smetasını və planını tərtib etmə bacarığına malik olmalıdır.
- Sürücülük vəsiqəsinin olması və qəza halları zamanı şirkətə məxsus avtomobilləri idarə edə biləcək namizədlərə üstünlük veriləcək;
- Təhlükəsizlik texnikasından ən azı 4-cü qrupa (min-m 3-cü qrupa) malik olmalıdır;
- Kompyuter bilikləri üzrə : MS Office , Outlook və Qida qurğularının istismarına aid programlarını bilməlidir,
İş haqqında məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
- İş vaxtı: 09:00 - 18:00
- İş yeri/şəhər: Sumqayıt, Masallı, Şamaxı, Ağdaş və Şirvan şəhərləri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Energetika şöbəsinin müdiri” vakansiya adını, müraciət olunan iş yeri/şəhər adı və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 15.07.2023.
Baş mühasib
Son tarix 16 iyl 2023 [email protected]
Struktur bölmə: Ağdaş/Şamaxı/Yevlax/Masallı filialları
Əsas vəzifə və öhdəlikləri:
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsinin təşkili və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Filialın mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmasına rəhbərlik edir;
- Müəssisənin həyata keçirdiyi bütün mühasibat əməliyyatlarına nəzarət edir və onların maliyyə hesabatlarında və Baş kitabda müvafiq uçot registrlərdə əks etdirir;
- Filialın ümumi maliyyə hesabatlarını tərtib edərək müəyyən edilmiş forma üzrə təyin edilən vaxtda və qurumlara təqdim edilməsini təmin edir;
- Mədaxil, məxaric orderləri, hesabat blankları və s. rəsmi sənədlərin hazırlanması və hərəkətinə nəzarət və rəhbərlik edir;
- Göstərilmiş xidmət üzrə yaranan debitor borclarının yığımının təşkili və mütəmadi nəzarətin həyata keçirilməsi işlərinə rəhbərlik edir;
- Pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
- Filialın rəhbərliyinə mühasibat uçotu məsələlərinə dair operativ məlumat verir;
- Müəyyən olunmuş müddətlərdə maliyyə hesabatlarının tərtib edir və baş idarəyə təqdim edir;
- Mühasibat sənədlərinin sistemləşdirilməsini, uçotunu, qorunmasını və onların arxivə təhvil verilmə intizamını təmin və rəhbərlik edir;
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət məbləğinin hesablanmasına, DSMF-na təqdim edilməsinə və əmək haqqı üzrə hesab vərəqələrinin işçilərə təqdim olunmasına nəzarət edir;
- Kəsirlərin, sui-istifadələrin, pul vəsaitlərinin və əmtəə-material dəyərlərinin qanunsuz məsrəfinin qarşısını almaq üzrə tədbirlər işləyib hazırlayır və həyata keçirir;
- İqtisadi təhlilin keçirilməsində iştirak edir və təsərrüfat daxili ehtiyyatları üzə çıxarmaq məqsədilə mühasibat uçotu əsasında qeyri-məhsuldar xərcləri və itkiləri aradan qaldırır;
- Şöbəyə ümumi rəhbərlik edir, tabeliyində olan işçilərin əmək funksiyalarının icrasına və müəssisə daxili intizam qaydalarına əməl edilməsinə nəzarəti təmin edir;
- Baş idarənin və birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir;
- Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılması, kapitallaşma və amortizasiyasının mühasibat uçotuna əsasən həyata keçirilməsi.
Kvalifikasiya üzrə tələblər:
- Ali ixtisas (iqtisad - maliyyə) təhsilli;
- Maliyyə-mühasibat işi üzrə 3 ildən az olmayan iş stajı olmalı;
- Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını mükəmməl bilməli;
- Azərbaycan Respublikası NK-nın Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli;
- Kompüter bilikləri üzrə MS Office (xüsusilə Excel), Mühasibatlıq proqramları, Outlook və işgüzar yazışma əsaslarını bilməli;
- İdarəçilik, təşkilatçılıq, təqdim etmə və analtik düşüncə bacarıqlarına malik olmalı;
- Korporativ idarəetmə sisteminin əsaslarını və korporativ mədəniyyətin əsaslarını bilməli;
- Peşəkar ünsiyyət psixologiyasını bilməlidir.
İş haqqında məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
- İş vaxtı: 09:00 - 18:00
- İş yeri: Ağdaş,Şamaxı,Yevlax,Masallı şəhərləri
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Baş mühasib” (şəhər mütləq qeyd olunmalıdır) qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 15.07.2023.
Brend və reklam işi üzrə aparıcı mütəxəssis
Son tarix 20 iyl 2023 [email protected]
İş barədə məlumat:
- Şirkət üçün yeni marketinq imkanlarını, kanallarını müəyyənləşdirmək və reklam təşəbbüslərini həyata keçirmək;
- Yeni məhsullar üçün marketinq ünsiyyət planlarını yaratmaq və həyata keçirmək: məhsul mövqeyinin, adlandırılmasının, mesajının və uyğun reklam materiallarının yaradılmasını idarə etmək;
- Şirkət məhsulları və təkliflərini hədəf auditoriyasına təqdim etmək üçün müəyyən edilmiş müddət ərzində marketinq ünsiyyət materiallarını hazırlamaq və fərqli kampaniyalar üçün tədbirlər təşkil etmək;
- Kampaniyaların effektivliyini ölçmək və hədəfləri təyin etmək;
- Məlumatların brend qaydalarına uyğun olmasını və hər yerdə eyni üslubda təqdim olunmasını təmin etmək;
- Reklam materialları üçün cəlbedici və təsirli reklam mətnlərini səhvsiz, aydın və qısa şəkildə Azərbaycan, İngilis və Rus dillərində yaratmaq;
- Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün dəqiq və aydın briflər hazırlamaq;
- İstənilən nəticələrə nail olmaq üçün agentliklər, tərəfdaşlar, daxili maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək;
- Tərəfdaş şirkətlərə ödənişlərin vaxtında həyata keçirilməsini idarə etmək;
- OOH, SM və digər kanallarda məlumatların günlük, aylıq və rüblük monitorinqini həyata keçirmək;
- Rəhbərlik tərəfindən həvalə olunan əlavə tapşırıqları yerinə yetirmək;
Tələblər:
- Biznes/Marketinq/Kommersiya sahələrindən biri üzrə ali təhsil;
- Brend və ya reklam işi sahəsində ən azı 3 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş təcrübəsi üstünlük hesab olunur);
- Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan, Rus və İngilis dili arzuolunandır;
- İdarəetmə və şifahi nitq qabiliyyətinə malik olmalı;
- Analiz və təhlil bacarığı;
- Problem həlli bacarıqları;
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Brend və reklam işi üzrə aparıcı mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Məhsul üzrə mütəxəssis
Son tarix 20 iyl 2023 [email protected]
Əsas vəzifə və öhdəlikləri:
- Mövcud, eləcə də gələcək telekommunikasiya məhsul və xidmətlərin hazırlanması, optimallaşdırılması və bazara uyğunlaşdırılması;
- Məhsul və xidmətlərin təbliği, qiymətləndirmə və müştəri əldə etmə, eləcə də Time to Market strategiyalarının icrası;
- Daxili və departamentlərarası proseslərin və prosedurların yaradılması, optimallaşdırılması və koordinasiyası;
- Verilən məlumatlar əsasında hesabatın, analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi;
- Kütləvi müştəri bazası dəyişikliklərinin, miqrasiyasının və əldə edilməsinin (acquisition) idarə olunması;
- Online və offline kommunikasiya kanallarının koordinasiyası və idarə olunması;
- Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə xüsusi (ad-hoc) və ümumi bazar araşdırmalarının aparılması;
- Proaktiv surətdə kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması;
- İclas və danışıqlarda departamentin və təşkilatın maraqlarını müstəqil formada təmsil etmək;
- Əməkdaşlara, rəhbərliyə və yüksək rəhbərliyə məlumatın doğru və düzgün şəkildə çatdırılması;
- Satış və Müştəri Təcrübəsi göstəricilərinin yüksəldilməsi məqsədilə Satış, Texniki/IT, və Müştəri əlaqələri şöbəsi ilə yaxından əməkdaşlıq etmək;
Tələb olunan bilik və bacarıqlar:
- Biznes, Maliyyə, Marketinq, Kommersiya sahələrindən biri üzrə ən azı bakalavr təhsili;
- MBA və ya Marketinq üzrə magistr təhsilinə üstünlük veriləcək;
- MS Word, MS Outlook, yüksək səviyyədə MS Excel və MS Power Point;
- Minimum 3 il (əsasən B2C istiqamətli);
- Azərbaycan və ingilis dillərini bilməli;
- Tapşırıqların idarə olunması (task management) üzrə alət və proqramlardan istifadə (MS Planner);
- Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
- Telekommunikasiya sahəsi üzrə məhsul və xidmətlər üzrə proqnoz vermək və biznes keysləri həyata keçirmək üzrə təcrübə;
- Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
İş haqqında məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
- İş vaxtı: 09:00 - 18:00
- İş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Məhsul üzrə mütəxəssis” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Genişzolaqlı xidmətlər şöbəsinin transmissiya üzrə mühəndisu
Son tarix 11 iyl 2023 [email protected]
Əsas vəzifə və öhdəliklər:
- “Giriş Şəbəkə və Transmisiya Avadanlıqlarının Konfiqurasiyası, İstismarı və optimizasiyaları üzrə Təlimata”, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla Transmissiya üzrə mühəndis fəaliyətini aparmaq ;
- Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak etmək;
- Giriş və Transmisiya avadanlıqların istismarını təmin etmək, avadanlıqların keyfiyyət göstəricilərinin qeydiyyatını aparmaq;
- Giriş və Transmisiya avadanlıqlarının mürəkkəb nasazlıqlarının aradan qaldırılmasında iştirak etmək və tənzimlənməsini aparmaq;
- Yeni avadanlığın quraşdırılmasını və vaxtında istismara verilməsini köməklik göstərmək;
- Giriş və Transmisiya avadanlıqlarında cari və əsaslı təmiri və eyni zamanda proqram təminatını yükləmək;
- Şəbəkə avadanlıqlarını sazlamaq, daimi monitorinqini təşkil etmək, problemləri qısa müddətdə aşkarlamaq, analiz və həll etmək;
- routing/switching protokollarını sazlamaq və idarə etmək;
- LAN/WAN şəbəkəsi və IT infrastrukturunu dizayn etmək, quraşdırmaq və yaranan problemləri aradan qaldırımaq;
- L2 və L3 topologiyalarını planlamaq və həyata keçirmək;
- Texniki istismar sənədlərinə, qayda və təlimatlara, aidiyyəti normativ sənədlərə uyğun olaraq Transmisiya avadanlıqlarda işini qurmaq;
- Departamentin digər struktur bölmələri qarşılıqlı fəaliyyət göstərmək;
Tələb və bacarıqlar:
- Ali Təhsil;
- Transmissiya sahəsi üzrə 1-3 il iş təcrübəsi;
- Giriş Şəbəkə və Transmisiya sahasinə aid olan sənədlərin tərtib etmə bacarığı;
- Giriş Şəbəkə və Transmisiya Avadanlıqlarının əməliyyat sistemlərinin işlənməsi üzrə təcrübə;
- Giriş Şəbəkə və Transmisiya Avadanlıqları uzrə protolkolların işləmə qaydası üzrə biliklər;
- OSİ Layer, TCP/IP, Routing(OSPF,ISIS,BGP), LAN Switching, WAN,STP, Link Aggregation,DHCP, NAT və s. bilikləri;
- Routing/Swicthing protokollari haqqında bilikər;
- Cisco , Huawei avadanlıqları ilə iş təcrübəsi;
- Cisco (CCNA) üzrə sertifikatın olması üstünlük hesab olunur;
- İşgüzar yazışma əsaslarını bilməli;
- Peşəkar ünsiyyət bacarıqlarına malik olmalıdır.
İş haqqında məlumat:
- 5 günlük iş rejimi
- iş vaxtı: 09:00 - 18:00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Transmissiya üzrə mühəndis” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 10.07.2023.