Dövlət qurumu işçilər axtarır - MAAŞ 2000-2500 MANAT - VAKANSİYALAR
Emin Ağalarovun şirkəti işçi axtarır - MAAŞ 2000 MANAT - VAKANSİYA
Azərbaycanda neft-qaz şirkəti işçi axtarır - VAKANSİYA
"Express Bank" işçi axtarır - VAKANSİYA
"Aztelekom" işçilər axtarır - VAKANSİYALAR
"Azerlotereya" işçilər axtarır - VAKANSİYALAR
"General Supply" işçi axtarır - MAAŞ 1800 MANAT - VAKANSİYA
"USG MMC" işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
"Xalq Bank" işçi axtarır - VAKANSİYA
"Unibank" işçi axtarır - VAKANSİYA
İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis köməkçisi
Son tarix 20 iyl 2023 - [email protected]
Öhdəliklər:
-
Mətbuat və ictimai məlumat sorğularının cavablandırılması və ya müvafiq səlahiyyətli şəxsə yönləndirilməsi;
-
Beynəlxalq və yerli tədbirləri təşkil etmək;
-
Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi;
-
Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press-relizlərin və digər sənədlərin hazırlanması;
-
Media qurumları ilə əlaqələrin formalaşdırılması və inkişaf etdirilməsi;
-
Mətbuat konfranslarının və müsahibələrin təşkil edilməsi;
-
Mətbuatın gündəlik izlənilməsi;
-
Kommunikasiya üçün nitqlərin yazılması və brifinq sənədlərinin hazırlanması;
-
PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması.
Tələblər:
-
AR vətəndaşlığı;
-
24-32 yaş;
-
Minimal iş təcrübəsi – 1-3 il;
-
Hərbi mükəlləfiyyət ; (Bəy namizədlər üçün mütləq tələb)
-
Yerli medianı yaxından tanımaq və daha öncə aktiv əməkdaşlıq etmək;
-
Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
-
Güclü kommunikasiya və təqdimat bacarığı;
-
Ali təhsil;
-
Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
-
Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
-
Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
-
Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
-
Kollektivdə çalışmaq qabiliyyəti.
*Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.
Əmək haqqı: 2500 AZN
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis köməkçisi” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
Tərcüməçi
Son tarix 20 iyl 2023 [email protected]
Vəzifə və öhdəliklər:
-
Tərcümə zamanı qrammatika qaydalarına dəqiqliklə riayət etmək,
-
Rəhbərlik tərəfindən təqdim edilən sənədlərin tərcüməsini dəqiqliklə təmin etmək;
-
Azərbaycan dilindən ingilis dilinə və əks istiqamətdə tərcümələrin yerinə yetirilməsi;
-
Beynəlxalq əlaqələrin qurulması; (görüşlər, yazışmalar, zənglər, qəbullar və s.)
-
Layihələrin hazırlanması və rəhbərliyə təqdim olunması;
-
Tərcümə edilmiş materialların redaktəsi;
Tələblər:
-
AR vətəndaşlığı;
-
Ali təhsil;
-
Yüksək sinxron tərcümə etmə qabiliyyəti;
-
İngilis dilini və Azərbaycan dilini yazılı və şifahi səviyyədə əla bilməsi (minimum IELTS 7);
-
Rus dili üzrə bilikləri arzuolunandır;
-
Əlavə dil biliklərinə həmçinin üstünlük verilir. (Alman, Fransız və s.) ;
-
Detallara diqqətli olmaq;
-
21-31 yaş;
-
Minimal iş təcrübəsi – 1-3 il;
-
Hərbi mükəlləfiyyət (bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir.);
-
Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
-
Əla kommunikativ və analitik bacarıqlar;
-
Stressə davamlılıq ;
-
Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti.
Əmək haqqı: 2000-2500 AZN.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Tərcüməçi” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.